USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sevginin gözü kordur…


https://img.baki-baku.az/news/2023/04/photo_7345.jpg

Bu deyimi hər zaman eşitmişik – sevginin gözü kordur və yanında hər zaman dəlilik var… Bəs siz necə, bu deyimlə razısınızmı? Sevən niyə kordur? Gəlin araşdıraq…

Günlərin bir günü müxtəlif xarakterə xas ruhlar bir araya gəlir. Xoş söhbətdən sonra öz aralarında oyun oynamaq qərarına gəlirlər. Biri deyir: “Gəlin “gizlənqaç” oynayaq”. Onun təklifini qəbul etdilər.

“Dəlilik” ağaca söykənib saymağa başlayır, bir, iki, üç, dörd, beş. “Yaxşı” və “pis” ruhlar yavaş-yavaş gizlənməyə başlayırlar.

“Mərhəmət” Ayın buynuzundan asılır, “xəyanət” zibil qutusuna girir, “paxıllıq” buludların arasına qarışır, “yalan” daşın arxasında gizlənir, “ehtiras” dünyanın mərkəzinə qaçır, “xəsis” pul çuvalının içinə girir. “Dəlilik” isə saymağa davam edir: səksən, səksən bir, səksən iki, səksən üç… Bu arada, özünə yer tapa bilməyən bir ruh qalıbmış. O da “sevgi”dir.

“Sevgi” qərarsız idi, çünki onun nə vaxt gizlənəcəyi, hara gedəcəyi bəlli deyildi. “Dəlilik” saymağa davam etsə də,  o necə gizləcəyini düşünürdü.

Bu zaman başını ağaca söykəmiş “dəlilik” doxsan səkkiz, doxsan doqquz, yüz dedi. “Sevgi” yerindən sıçrayıb özünü güllərin arasına atanda “dəlilik” sayıb qurtardı. Arxasını çevirəndə “tənbəlliy”ə baxdı, “tənbəllik” heç yerə getməmişdi. Düz arxasında onu gözləyirdi, gizlənmək üçün enerjisi zəif idi və “dəlilik” ilk olaraq onu tapdığını söylədi.

Sonra yavaş-yavaş başqa ruhları axtarmağa başladı. Ayın buynuzundan “mərhəmət”i çıxardı, zibil qutusundan “xəyanət”i, tapdı, o da buludların arasındakı  “paxıllığ”ın yerini dedi. Beləcə, hamısını bir-bir tapdı. Bircə “sevgi" qalmışdı.

“Dəlilik” “sevgini” axtarmağa başlayarkən bir anlıq ümidini itirdi. Tapa bilmədiyi üçün məyus olaraq oturdu. Elə bu vaxt “paxıllıq” “dəliliy”ə yaxınlaşaraq “sevgi”nin qızılgüllərin arasında gizləndiyini deyir.

Bundan sevinən “dəlilik” dırmığı əlinə alaraq qızılgülləri əzməyə başlayır. Bir neçə dəqiqədən sonra ürəkağrıdan fəryad eşidirlər. Sən demə,  “dəlilik” əlindəki dırmıqla  “sevgi”nin gözlərini deşib kor edir. O, kədərli halda  ağrıdan fəryad edən “sevgi”nin qolundan tutaraq deyir: “Çox üzr istəyirəm, sənə nə edim ki, məni bağışlayasan? “Sevgi” cavabında ona: “Artıq gecdir, gözlərimi qaytara bilməzsən. Amma mənim üçün bir şey etmək istəyirsənsə, yol-yoldaşım ol”.

Bax, elə o gündən bəri sevgi həmişə kordur və yanında isə dəlilik var!..

Səadət RZAYEVA




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?
Kim güclüdürsə, o da haqlıdır?
  • Daxili siyasət
  • 09:45 09.04.2024
Kim güclüdürsə, o da haqlıdır?
Tehran niyə susur?
  • Daxili siyasət
  • 13:45 06.04.2024
Tehran niyə susur?
İrəvanın məkrli himayədarları
  • Daxili siyasət
  • 13:44 06.04.2024
İrəvanın məkrli himayədarları

Maraqlı