USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Virtual diktor – “Fedha”


https://img.baki-baku.az/news/2023/04/photo_7344.jpg

Küveyt mediası xəbər bülletenlərini təqdim etmək üçün süni intellektdən istifadə edib. Belə ki, “Fedha” adlı qadın görünüşlü diktor “Kuwait News” saytının “Twitter” hesabında paylaşılıb. Məlumatı “bbc.com” saytı yayıb.

Paylaşılan videoda robot ərəb dilində deyib: “Mən “Fedha”yam, “Kuwait News”da süni intellektlə işləyən ilk xəbər aparıcısı. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi bizimlə bölüşün”.

“Kuwait News” nəşrinin baş redaktorunun müavini Abdullah Boftain robot haqqında deyib: “Virtual diktorun sarı saçları və açıq rəngli gözləri var. Sarı saçlar Küveytdə müxtəlifliyi təmsil edir. Gözləri isə neftlə zəngin ölkədəki müxtəlif etnik qrupları əks etdirir. Yəni, “Fedha” hər kəsi təmsil edir. Həmçinin robotun adı– “Fedha” gümüş mənasını verən məşhur köhnə Küveyt adıdır. Robotları həmişə gümüş və metal rəngdə təsəvvür edirik, ona görə də ikisini birləşdirərək bu adı seçdik”.

Boftain  həmçinin qeyd edib ki, “Fedha” yeni və fərqli məzmun çatdırmaq üçün süni intellekt potensialının ilk təmsilçisidir. Gələcəkdə robot Küveyt ləhcəsini qəbul edə və saytın 1,2 milyon izləyicisi olan “Twitter” hesabından öz xəbər bülletenlərini təqdim edə bilər.

“Fedha”nın “Twitter”də yayımlanan 13 saniyəlik videosu jurnalistlər də daxil olmaqla, bir çox sosial media istifadəçisi tərəfindən sərt reaksiya ilə qarşılanıb. Belə ki, qlobal miqyasda süni intellektin sürətli yüksəlişi təhlükə kimi qiymətləndirilib. Onun dezinformasiya yayma potensialı olduğu vurğulanıb.

Əfsanə ƏHƏDLİ
 

 

 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı