USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“McDonalds” haqqında nələr bilirik? TƏFƏRRÜAT


https://img.baki-baku.az/news/2020/09/photo_628.jpg?v=MjAyMC0wOS0wOCAxNzo1Njo1MA==

ABŞ-da tütündən sonra ölümə səbəb olan ikinci amil piylənmədir. Hazırda amerikalıların 4 milyonu köklükdən, 6 milyonu isə belə demək mümkünsə, superşişmanlıqdan əziyyət çəkir. Onlar orta hesabla normadan 100 fut (45 kq) artıq çəkiyə malikdirlər.

Hesablamalara görə, heç bir millət tarix boyu bu sürətlə kökəlməyib. Bunun əsl səbəbi kimi dünyada geniş yayılmış fastfud şəbəkəsindən Birləşmiş Ştatlar sakinlərinin daha çox istifadə etmələridir. Fastfud deyildikdə isə ağla ilk gələn məşhur “McDonalds”dır.

“McDonalds”la bağlı onun insan sağlamlığına verdiyi zərərdən tutmuş, masson idarəçiliyinə aidiyyatınadək çox deyilib və yazılıb. Onların müəyyən qismini oxucularıa təqdim edirik:

- 1970-ci ildə amerikalılar ümumilikdə, bir il ərzində “McDonalds” yeməklərinə 6 milyard, 2001-ci ildə isə 110 milyarddan çox pul xərcləyiblər.

- Hər gün orta hesabla 40 yetkin amerikalı fastfudla nahar edir. 

- Orta amerikalı hər həftə 3 hamburger və 4 pors kartof yeyir.

- Hər 8-ci amerkalı nə vaxtsa “McDonalds”da işləyib.

- “McDonalds” üçün xüsusi olaraq “Mister MD” adlanan iri sinəyə malik toyuqlar bəslənilir. Bu nəhəng industriya bütün toyuq sənayesini dəyişdirib. Toyuqların 20 il öncəki kimi tam halda deyil, hissələrə bölünərək satılmasına başlanılıb.

- Məktəb yaşına çatmamış amerikalı uşaqların 96 faizi Ronald Makdonaldzın kloununu dərhal tanıyır. Bundan daha artıq məhşurluq yalnız Santa Klausa aiddir.

- Başlanğıcda “McDonalds” filialı açmaq 950 dollara başa gəlirdi. Bu gün isə 500 000 dollara.

- Böyük hesabla, bütün fastfud sənayesi uşaqlar üzərinə hesablanıb. Bu isə, eyni anda uşaqları qidalandıraraq uşaqlarla qidalanmaq deməkdir. Çünki “McDonalds”larda əsas işçi gücü yuxarı sinif şagirdləridir.

- Hər üç işçidən ikisinin yaşı 20-dən aşağıdır. Onlar çox aşağı məvacibə işləyirlər. 1958-ci ildə “McDonalds”da yeməyin hazırlanmasına və müştərilərlə davranışa aid 75 səhifəlik ilk təlimat kitabı mövcud idi. Bu gün həmin kitab 750 səhifədir və onu “McDonaldsın incili” adlandırırlar.

- Yapon milyarderlərindən biri Den Futjita “McDonalds”ı öz ölkəsinə bu sözlərlə aparıb: “Əgər biz min il hamburger və kartof yesək, daha hündür olacağıq, dərimiz ağaracaq, qarabuğdayıdan sarışına çevriləcəyik”.

- Müasir uşaq hamburger yeyir və 30 il öncə ilə müqayisədə həmişəkindən 3 dəfə artıq kola içir. Amerikada kolanı hətta 2 yaşlı körpələr belə içir.

- Sübut olunub ki, dadlı yemək şəxsiyyət kimidir, həyatın ilk illərində formalaşır. Balaca uşaqlar fastfudda yeyirlər və bu, onların bütün həyatları boyu “xoşbəxt yemək” olur…

"Baki-Baku.az"




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Maraqlı