USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür


https://img.baki-baku.az/news/2020/09/photo_580.jpg?v=MjAyMC0wOS0wOCAxNzozMzo1MA==

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür (International Day of Journalists' Solidarity). 

Bu gün 1958-ci ildə Buxarestdə, jurnalistlərin beynəlxalq təşkilatının 4-cü konqressində təsis edilib. Konqres üzvlərinin fikrincə, bütün ölkələrin jurnalistləri və nəşrlər dünyaya öz hüquqlarının müdafiəsi işində həmrəyliklərini nümayiş etdirməlidirlər.

Tarix seçimində əsas kimi faciəli hadisələr götürülüb. 1943-cü ilin sentyabrın 8-də Almaniyada çex jurnalisti, yazıçı, ədəbi və teatr tənqidçisi, antifaşist, Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri Yulius Fuçik qətlə yetirilib. 

1941-ci ildə Fuçik Kommunist Partiyasının ikinci mərkəzi gizli idarə heyətinin üzvü idi. 1942-ci ildə onu altı digər azadlıq hərəkatının üzvləri ilə birlikdə həbs ediblər. Yulius Fuçik dünyada “Boğazı ilgəkli reportaj” adlı kitabı ilə tanınıb, əsər Praqa həbsxanasında yazılıb. Ölümündən sonra onun kitabı dünyanın 70 dilinə tərcümə edilib, 1958-ci ildən isə Yulius Fuçikin vəfat etdiyi gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd edilməyə başlayıb.

XX əsrin sonunda BMT-nin növbəti konfransında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü elan edilib. Beləliklə, bu adi peşə bayramı deyil, həm də bütün jurnalistlərin öz birliyini, həmrəyliyini duyduğu gündür. 

Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Maraqlı