- Daxili siyasət
- 17:54 23.09.2023
“Yerə yaxınlaşan 2016 JG12 asteroidi ilə bağlı planet üçün heç bir təhlükə gözlənilmir.
APA-nın məlumatına görə, bu barədə Rusiya Planetar Müdafiə Mərkəzinin baş direktoru Anatoli Zaitsev “Zvezda” telekanalına müsahibəsində bildirib.
Mütəxəssis əlavə edib ki, son bir il ərzində Yerin cazibə sferasında uçan 300-dən çox asteroid aşkar edilib. Yəni 1 milyon km radisuda (Aya olan məsafədən 2,5 dəfə çox) hər gün hansısa asteroid uçur. Kiçik, böyük, orta. Bu, adi bir fenomendir”.
Ekspert xatırladıb ki, sözügedən asteroid hələ 2016-cı ildə kəşf edilib və 5 ildən sonra o, artıq ikinci və ya üçüncü dəfə Yerə yaxınlaşır: “2016 JG12 potensial təhlükəli obyektlərin məlumat bazasına daxil edilməyib”.
Qeyd edək ki, noyabrın 16-da səhər saatlarında NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzi bildirmişdi ki, hazırda planetimizə potensial təhlükəli asteroid yaxınlaşır və o, noyabrın 20-də Yerə yaxınlaşacaq.
Bildirilib ki, 2016 JG12 adlı kosmik obyekt 7,48 km/s sürətlə 5,5 milyon km məsafəyə uçacaq.
Asteroidin diametri 83-190 m arasındadır.