USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Din xadimləri etiraf sirrini qorusun, ya qorumasın?


https://img.baki-baku.az/news/2020/09/photo_555.jpg?v=MjAyMC0wOS0wNyAxMzowNToxMg==

Məşhur Hollivud aktyoru Al Paçinonun baş rolda oynadığı «Xaç atası» filmi çoxumuzun yadındadır. Böyük ehtimalla Maykl Korlioninin kilsədəki din xadiminə qətlə yetirdiyi adamlar, gizli şəkildə etdiyi hərəkətlər, törətdiyi cinayətlər barədə ürəyini boşaltdıqdan sonra onu öldürtməsi səhnəsi də xatirinizdədir. Söhbətimiz bundan olmasa da, sözügedən epizodun deyəcəklərimizlə müəyyən mənada əlaqəsi var.

Qərbdə artıq neçə müddətdir ki, məsələ müzakirə predmetinə çevrilir - kahinlər uşaqlara qarşı cinayətlərlə bağlı olduqda etiraf sirrini poza bilərlərmi? Məsələn, İsveçrədə hesab edirlər ki, belə bir şey mümkün yox, hətta zərurətdir. Ölkədə müqəddəs ataların məsələ ilə bağlı dərhal polisə məlumat vermək öhdəliyinin müəyyənləşməsinin qanuniləşməsini də tələb edirlər. Görəsən, maraqlıdır, müxtəlif konfessiyalar etiraf sirrinə necə yanaşırlar? Eyni zamanda bildirilir ki, yalnız kilsə xadimlərimi onlara özləri barədə danışan insanların sirlərini saxlamağa borcludurlar.

Kahinlərin onlara uşaqlarla bağlı cinayətləri etiraf edənlər haqqında polisə məlumat vermələri məsələsi bu günlərdə yenidən gündəmə gəlib. Hazırda məsələyə yüksək rütbəli rəsmi şəxslər münasibət bildiriblər. Uzaq Avstraliyada ölkənin baş prokuroru Nikola Rokson və baş nazir Culiya Hillardın dedikləri bir yana, yerli senator Nik Ksenefon hay-həşir salıb ki, etiraf sirrinin saxlanılması dəyişilməsi vacib olan orta əsr qanunudur.

Maraqlıdır ki, dünyəvi siyasətçilərin kilsə müxalifəti deyilən bir qruplaşma içərisində də dəstəyi var. Belə ki, Sidney yepiskopluğunun keçmiş yepiskopu Cefri Robinson Roma katolik kilsəsinin müəyyənləşdirdiyi qaydanı sərt tənqid edib. O, xeyirxah iş görmək üçün etiraf sirrini poza biləcəyini vurğulayıb. Robinsona dəstək verən digər kahin Bob Maquayrın bildirdiyinə görə, o, seksual xarakterli cinayətləri etiraf edən insan barədə müvafiq qurumlara məlumat verərdi.

Əlbəttə, Avstraliyadakı münaqişənin kökü heç də dinin rituallarının pozulub-pozulmaması ilə əlaqədar deyil. Məsələ burasındadır ki, ölkədə müxalifətin lideri Toni Ebbot katolikdir və iqtidar belə məsələləri gündəmə gətirməklə onun hislərinə toxunmağı nəzərdə tutur. Avstraliyada isə ingilis dilli ölkələrin əksəriyyəti kimi əsasən xristianlığın protestant təriqətinə sitayiş edirlər.

Ümumən xristian dininə görə, etiraf sirlərinin pozulması düzgün saylmır. Amma bir qədər öncə haqqında bəhs etdiyimiz İsveçrədə hələ 2012-ci ilin başlanğıcında uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra təşkilatlar bu qaydanın aradan qaldırılması üçün katolik kahinlərinə müraciət ünvanlamışdılar. Nəticədə kilsə dəyişilikliklər edərək bildirmişdi ki, hər bir kahin ona pedofilliklə bağlı etiraflar barədə hüquq-mühafizə orqanlarına məlumat verə bilər. Hazırda baş qaldırmış diskussiyaların məğzini isə bu hüququn qanuni öhdəliyə çevrilməsinin rəsmiləşdirilməsi təşkil edir.

Amma məsələyə dair katolik kilsəsinin tarixi mövqeyi isə birmənalıdır - etiraf sirri pozula bilməz. Heç bir halda, hətta hansısa cinayətin qarşısını almaq, cinayətkarı cəzalandırmaq məqsədilə də. Bu qaydanı pozanlar Lateran kilsəsinin qətnaməsinə görə, dini rütbəsindən məhrum olunma və ömürlük monastırda ciddi rejimdə saxlanılma ilə cəzalandırılmalıdırlar. Əlbəttə, hazırda heç kəsi həbsdə oxşar aqibət gözləməsə də, tituldan məhrum olmaq mümkündür.

Əvvəllər pravoslav kilsəsində də etiraf sirlərinə münasibət ciddi idi. Amma I Pyotrun (1682-1725) hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişdi. Onun islahatları nəticəsində kilsə dövlət aparatı tərəfindən zorakılığına məruz qaldı. Elə etiraf təcrübəsi nöqteyi-nəzərdən də. O zaman din xadimlərinə məqsədli şəkildə yalan etiraflar edən şəxslərin dediklərini açıqlamaq icazəsi verilirdi. Kahinlər həmçinin bilərəkdən edilmiş dövləti cinayətlər barədə etirafları da xəbər verməli idilər. Amma bu zaman onlar bir tərəfdən etirafların doğruluğunu müəyyənləşdirməli, ən əsası isə etiraf edən şəxsin peşmançılıq keçirməsini nəzərə almalı idilər. Yəni, əgər kimsə etiraf edirdisə, amma peşmançılıq keçirmədiyi görünürdüsə, bu halda din xadimi onun üçün dövlətin müəyyənləşdirdiyi hərəkəti həyata keçirməli idi. Təbii ki, mövcud vəziyyətdə obyektivliyin gözlənildiyini söyləmək mümkünsüzdür. Amma müasir avropalılar, elə avstraliyalıların özləri də din xadimlərindən pedofillik faktları barədə informasiyanı tələb edirlər. Bu, etirafdır, ya nədir, onları qətiyyən maraqlandırmır. Belə çıxır ki, kilsənin iradlarına baxmayaraq, siyasətçilər hətta ən mühafizəkar din xadimlərinin də düşüncələrinə tüpürməyə hazırdırlar. Ya da ki, onlar Yezuitlər ordeninin banisi İqnati Loyolanın orta əsr rasional «məqsəd vasitəyə bəraət qazandırır» prinsipindən çıxış edirlər. Yəni cinayətkar layiqi cəzasını almalıdır, başqa məsələlər heçdir.

Yeri gəlmişkən, vəkillər də öz fəaliyyətlərində etiraf sirrini saxlamağı vacib sayırlar. Əks halda onların öz müştəriləri ilə işləri baş tutmaz. Hətta bəzən müştərisinin ən ilginc etiraflarını eşitməyə nail olan vəkilləri «şeytanın vəkilləri» adlandırırlar. Amma «hətta şeytan da ingilis qanunlarını qorumaq hüququna malikdir», bunu Britaniyanın lord-kansleri, məşhur yazıçı Tomas Mor deyirdi.

Bu yerdə ABŞ-da məhkəmə qarşısına çıxarılmış sovet kəşfiyyatçısı Rudolf Abelin (onun haqqında «Ölü mövsüm» bədii filmi çəkilib) vəkili Donavana sualı yada düşür: «Sizin səyləriniz nəticəsində məni günahsız bilsələr, nə edəcəksiniz?» Vəkilin cavabı da maraqlıdır: «Mən buna çalışıram, amma yaddan çıxarmayın ki, əvvəllər zabit olmuşam. Əgər görsəm ki, sizə bəraət verən qətnamənin çıxarılmasına nail oluram, o zaman vətənimin düşməni kimi sizi güllələyəcəm. Qoy sonradan mənim özümü mühakimə etsinlər». Bu yerdə həmçinin xatırlayaq ki, Dante «İlahi komediya»sında ən qorxulu günahın «inamın aldadılması» - satqınlıq olduğunu vurğulayır. Belə əməldə günahkar olanlar cəhənnəmin ortasında yanacaqlar.

"Bakı-Baku.az"




Redaktorun seçimi

“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?

Maraqlı