USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Henrix Himler və qəddarlığın "əxlaq kodeksi" TARİX


https://img.baki-baku.az/news/2020/09/photo_553.jpg

Nasizmin tanınmış liderlərindən olan, Hitler Almaniyasının təhlükəzislik polisinin rəhbəri vəzifəsini tutmuş Henrix Himler dəhşətli qətllərin və hərbi cinayətlərin təşkilatçısı və icraçısı olub. Onun nasizmin ideyasının formalaşması istiqamətindəki «xidmətləri» barədə çox fikirlər səsləndirilib, məsələyə müxtəlif rakusdan yanalışan məqalələr qələmə alınıb. Tarixçi, Londan Universitetinin professoru Peter Lonqerih isə sıravi Münhen sakininin qəddar caniyə çevrilməsinin səbəblərini təhlil etməyə çalışır.

Nasist liderlərinin tərcümeyi-hallarına diqqət yetirsək, dəhşət doğuran nəticələrə gəlmək mümkündür. Onlar görünməz, ilk baxışdan normal adamlar idilər, amma birdən-birə qorxunc hərəkətlər törədən əcayib varlıqlara çevrildilər. Münhen gimnaziyası direktorunun övladı Henrix Himler də məhz belələrindən sayılırdı.

Himler birbaşa olaraq yəhudilərin qırılmasına cavabdehlik daşıyırdı. Nəyə görə o, belə edirdi, hələ də cavabsız sual olaraq qalmaqdadır. Professor Lonqerih məhz bu məqama aydınlıq gətirməyə çalışır. Qeyd edək ki, alim mövzuya ilk dəfə olaraq toxunanlardan, ümumən nasional-sosializmin psixologiyasını araşdıranlardandır. Tarixçi Himlerin və Gebbelsin elmi bioqrafiyalarını yazıb. Özünün məruzəsinə Alfred Anderşin «Ata qatili» hekayəsindən xatırlatma ilə başlayıb və mövcud mənada Himlerin atası sadist meylli despotik pedaqoq kimi tərənnüm edilib. Amma maraqlıdır ki, Lonqerih Himlerin qəddarlığını atasının hərəkəti ilə əlaqələndirmir və fərqli məqamlar ortaya qoyur.

Tarixçinin tədqiqatına görə, Hebhard Himler heç də despotik ata olmamışdı. O, üç oğlunun yerinə yetirməli olduğu qaydalar və təlimatlar sistemi formalaşdırmışdı. Övladlarını sonradan özünün yoxladığı gündəlik tutmağa məcbur edirdi. Amma bu hərəkət həmin vaxtın tipik avtoritar ataları kimi qiymətləndirilmək üçün əsas vermirdi.

Digər tərəfdən, Henrix Himler məktəb illərində də onu qəddar kimi səciyyələndirən hər hansı hərəkətə yol verməmişdi. Bir çətinliyi var idi ki, o da insanlarla dil tapmamasıydı. Tədricən özünə nəzarətlə bağlı problemləri yaranır və bu barədə gündəliyində də qeyd edir. «Fəlakətə gəldikdə isə, heç də hər zaman fəlakətli başlanğıcda olmur», - deyən Lonqerih Himlerin uşaqlıq illərini xarakterizə edir.

I Dünya Müharibəsi zamanı Himler zabit rütbəsi alır. Amma cəbhədə hərbi əməliyyatlarda iştirak etmir. Sonradan o, yarım hərbi ittifaqlara sığınır və əsl döyüşçü kimi görünməyə çalışır. Qadınlar onun üçün maraqlı olsalar da, tezliklə özündə aşıladığı sərt nizam-intizam nəticəsində əyləncə hissini dəfn etməyi bacarır. Bu adamda siyasətə meyl 1922-ci ildə baş qaldırır. Çox tez-tez sağ ekstremistlərin tədbirlərinə qatılır. Almaniyanın o zamankı xarici işlər naziri Valter Ratenau qətlə yetirildiyi vaxt bu hadisəni sevinclə qarşılayır. Hitlerin 1923-cü ildəki Pivə qiyamının uğursuzluğundan mənən müflislik hissi keçirir. Respublikanın özünə gəldiyi bir dönəmdə Himler hesab edirdi ki, gələcək üçün nəzərdə tutduğu planlar boşa çıxıb. Amma hər ümidsizliyə rəğmən sağ ekstremist fikirlərindən daşınmağı planlaşdırmır.

Himler dindən imtina edir. Həyatındakı bu dəyişikliyi şərtləndirən cəhət rasist ideologiyasının daşıyıcısına çevrilməsi olur. O, Alman Nasional-Sosialist Fəhlə Partiyasının (NSDAP) əsas liderlərindən biri sayılan Georq Ştrasserin köməkçisi vəzifəsini tutur. 1928-ci ildə evlənir. Himler həyat yoldaşına yazdığı məktublarından birində qeyd edir ki, mədəsindəki ağrılar onun özünü həddən artıq mədəni aparmasından irəli gəlir. Görünür, belə fikir bildirərkən həyat tərzini və davranışını dəyişməyi düşündüyünə eyham vururmuş.

Himlerin karyerasındakı nasional-sosializm meylləri tez bir zamanda inkişaf etməyə başlayır. 1933-cü ildə Münhen polisinin rəhbəri təyin olunur. Sonradan SS-in reysfüreri olur və tez bir zamanda təşkilatı yekunda nasional-sosializmin repressiya aparatı funksiyasını daşımış və birbaşa rəhbərə tabe olmuş elitar təşkilata çevirir.

Himler SS üçün məxsusi rituallar seçir və özünü imperiya rəhbərlərinin tərbiyəçisi qismində tanıdır. Hətta təşkilatın gələcək həyat yoldaşlarının seçilməsi məsələlərini də həll edir. SS-çilər məhz onun müəyyənləşdirdiyi mənəvi kodeksə uyğun hərəkət etməli olurlar. Sədaqət, əsl yoldaşlıq münasibətləri, igidlik kimi keyfiyyətlər xalq və irq uğrundakı mübarizədə başlıca xidmət meyarına çevrilir.

Maraqlıdır ki, Himler adamlarından qəddarlığı tələb edərkən də bunun həyata keçirilməsində bəlli əxlaq anlayışına əsaslanır. Yəqin elə buna görədir ki, Lonqerih nasist liderinin ikili mənəviyyata malik olduğunu vurğulayır. Alimin fikrincə, o, SS-in hərəkətlərinin qaydasız olduğunu bilirdi və çalışırdı ki, qaydasızlığı layiqlilik görkəmində təqdim etsin.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Maraqlı