USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirus xəstəsi toyda "tamada"lıq edəndə saxlanılıb


https://img.baki-baku.az/news/2021/10/photo_5226.jpg

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq, həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb.

İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Maraqlı