USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Robert Kennedinin qatili 53 ildən sonra azadlığa buraxılır


https://img.baki-baku.az/news/2021/08/photo_4819.jpg?v=MjAyMS0wOC0yOSAwMDowMTowMw==

Kaliforniyanın cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üzrə Komissiyası 53 il həbcxanada yatan fələstinli Serhan Serhanın azad edilməsinə səs verib. Bu barədə məlumatı BBC NEWS yaylb.

Xatırladaq ki, Serhan 1968-ci ildə  ABŞ prezidentliyinə namizəd Robert Kennedini qətlə yetirmişdi. Bu gün də bir çox tədqiqatçı həmin sui-qəsdin tarixin gedişatını dəyişdirdiyini iddia edir, çünki o vaxt Kennedi seçki yarışının lideri idi.

Əvvəlcə Serhana ölüm hökmü verilmişdi, lakin o sonra ömürlük həbs cəzası ilə əvəz edildi.

Komissiyanın səsverməsinin nəticələrinə görə, Serhan artıq cəmiyyət üçün təhlükə yaratmır, lakin bu hal  həmişə məhbusun sərbəst buraxılmasına zəmanət vermir. Son qərar Kaliforniya qubernatoru Gavin Nevsom tərəfindən verilməlidir.

Cinayət törədilən zaman Serhanın 24 yaşı vardı. "Yarım əsrdən çox vaxt keçdi. O zaman olduğum inplusiv gənc artıq yoxdur", -  deyə 77 yaşlı məhbus komissiyaya müraciətində bildirib. 

Los-Angeles Dairə Prokurorluğu əfv komissiyasının qərarına etiraz etməyəcəklərini açıqlayıb. 

Serhan Serhan əfv olunması ilə bağı 16 dəfə komissiyaya müraciət etmişdi, ancaq arzusuna çatmamışdı. Komissiya Kennedinin iki övladının atalarının qatilinin bağışlanması xahişlərindən sonra belə qərara gəlib. Duqlas Kennedi hesab edir ki, cəmiyyət üçün təhlükəli olmayan hər bir məhbus azadlığa buraxılmalıdır.

 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı