USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünyanın sonu ilə bağlı ən populyar 10 elmi nəzəriyyə - MARAQLI


https://img.baki-baku.az/news/2021/08/photo_4681.jpg

Dünyanın sonu çatacaq. Hər kəs bu deyimə münasibətdə öz baxışını ortaya qoyur: insan sivilizasiyasının sonu, bütün həyatın sonu və ya Yerin məhv olması. Yəni necə demək istəsəniz, son elə sondur. Bəs bu son nə vaxt yaşanacaq? Apokalipsis üçün çox sayda tarix təklif edilir, lakin bu günə qədər uzaqdan belə demək mümkünsə, atlılar görünmür.

Ancaq apokrifik proqnozlardan fərqli olaraq, elm dünyanın sonunu gətirəcək hadisələrdən olduqca inamla danışır. İstər mikroblara, istər avtomobillərə, istərsə də kosmosdan gələnlərə nəzərən elm adamlarının dünyanın sonunu proqnozlaşdırdıqları 10 yolu bir araya gətirdik. Beləliklə başlayaq:

 

1. Günəş bitkiləri məhv edəcək ...

...və bundan sonra öləcəyik. Gələcəyin ən dəqiq modelçiləri təxminən 600 milyon il ərzində Günəşin daha parlaq olacağını və Yerdəki karbonat-silikat dövrünü kritik şəkildə pozacağını proqnozlaşdırırlar. Silikon və karbon arasındakı bu kritik qarşılıqlı təsir atmosferdəki karbon qazının səviyyəsini qorumağa kömək edir. Dövrü qaçılmaz şəkildə pozmaq isə karbon dioksid səviyyəsinin kəskin azalmasına səbəb olacaq. Nəticədə bitkilər fotosintez qabiliyyətini itirəcək və nəfəs almağımız üçün lazım olan oksigen istehsalını dayandıracaq. Demək olar, bütün heyvanlar və əksər ekosistemlər yox olacaq. Və deməli bitkilərin də bizi, yəni insanlığı öldürməkdən başqa çarəsi qalmayacaq. Ancaq yer üzündəki insanların yavaş-yavaş boğulacaqları və ya ağıllı qaz canavarlarına çevriləcəkləri üçün bu barədə narahat olma ehtimalları azdır.

 

2. Quyruqlu ulduzlar, kometalar

Təxminən 66 milyon il əvvəl bir kometa (və ya asteroid) Yerə düşdü və planetimizdə gəzən ən inanılmaz canlılar da daxil olmaqla bütün həyatın təxminən 75 faizini öldürdü - dinozavrların kökü kəsildi. İndi də kometa/asteroidlər gəlməyə davam edir. 2020-ci ildə "2020 VT4" adlı bir asteroid Yerdən cəmi 370 kilometr məsafədən keçdi (müqayisə üçün: Ay Yerdən təxminən 385 min kilometr məsafədədir).

Asteroidlər Yerdən kifayət qədər yaxın keçməyə meyllidirlər. Ancaq onlar çox uzaqdan gəlir, yəni bura gələrkən böyük sürətlə hərəkət edirlər. Onları görmək və ya müəyyənləşdirmək olduqca çətindir. Yalnız bir istilik mənbəyi ilə toqquşduqdan sonra işıq saçmağa başlayırlar. Onadək görünməzdirlər. Amma nəzərə alaq ki, bir neçə on kilometr məsafədə kifayət qədər böyük kometa Yerə düşərsə insanlar dinozavrlarla eyni taleyi yaşayacaqlar. Yəni yox olacaqlar. 

 

3. Süni intellekt

Bəlkə də insanlar Yer kürəsi ilə ulduz/asteroidlərin toqquşmasını görməyəcəklər. Bir çox elm adamının və futuristin iddia etdiyi kimi, insanlar bir neçə onillikdən sonra da ölə bilər. Səbəb? "Texnoloji sinqulyarlıq" termini əslində texnoloji tərəqqinin idarəolunmaz hala gəldiyi və bəlkə ən populyar və qorxulan "intellektual partlayış" olduğudur. Burada müxtəlif ssenarilər var. Bir sözlə, biz özümüzü aşan ümumiləşdirilmiş süni zəka yaradırıq. Süni zəkanın imkanları isə yalnız fizikanın məhdudiyyətləri daha da irəliləməyə mane olana qədərdir. Biz bu imkanlara çata bilərikmi? Deməli, bəşəriyyəti heç nədən narahat olmayan ibtidai zərərvericilik perspektivi də gözləyir. Bu da öz növbəsində məhv deməkdir. 

 

4. Maltus fəlakəti

Hələ 1798-ci ildə iqtisadçı və sosioloq Tomas Maltus yer kürəsi əhalisinin ərzaq istehsalından daha sürətli artacağını bildirmişdi. Bu, aclığa, qlobal qarşıdurmaya və demoqrafik çöküşə səbəb olacaq, nəticədə Yer üzündə insanların çoxu öləcək. Bu hadisəni Maltus fəlakəti adlandırırıq.

Yarandığı gündən bəri Maltus hipotezi bir sıra fərqli qruplar tərəfindən şiddətli mübahisə predmetinə çevrildi, bir çoxları müasir genişmiqyaslı qida istehsalını mümkün edən saysız-hesabsız texnoloji yeniliklərə söykəndi. Buna baxmayaraq, onun fikrinin ən azından müəyyən dərəcədə doğru olduğu ortaya çıxdı.

Maltusun dövründən bəri əhalinin sayı təxminən səkkiz dəfə artıb və onlarla ölkə (milyardlarla insan) davamlı aclıq içində yaşayır. Dünyada çöküşün olub-olmamasından asılı olmayaraq, hazırda qida yetərli deyil.

 

5. Qamma şüası partlaması

Kainatda tapılan ən parlaq və ən enerjili elektromaqnit hadisəsi qamma-şüa partlayışları sizin üçün zarafat gəlməsin. Çünki güclü partlayışlar, yəni supermassiv ulduzun çökməsi nəticəsində qara dəlik və ya neytron ulduzu meydana gəlir. Qamma-şüa partlayışları Günəşin mövcudiyyəti ərzində saçdığı bütün enerjini bir neçə saniyə ərzində ixrac edir. Bu inanılmazdır. Xoşbəxtlikdən bu sayaq partlayışlar digər qalaktikalarda baş verir. Onlar isə kifayət qədər uzaq olduqlarından biz yalnız elementləri barədə məlumat əldə edirik, təsirini hiss etmirik. 

6. Super vulkan püskürməsi

Bu yarımbaşlıqda vulkanın püskürməsinə diqqət yetirəcəyik. Geoloji cəmiyyətlərin qənaətinə görə, bu hadisə nə zamansa mütləq baş verəcək. Fakt budur ki, kütləvi vulkan püskürmələri daim baş verir. "Super" prefiksi yalnız ən azı 1000 kub kilometr vulkanik material püskürdükdə əlavə olunur. 

 

7. Diatomların ölüm vurğusu

Diatomlar, rəngli, həndəsi hüceyrə divarları olan yosun növüdür. Elm adamlarına görə, diatomlar hər il potensial olaraq planetimizdəki oksigenin yarısını istehsal edir və okeanlardakı biokütlənin təxminən 50 faizini təşkil edirlər. Onlar çox vacibdirlər. Yəni öz amplualarından çıxıb fərqli davranmağa başlasalar, bəşəriyyəti çətinlik gözləyəcək.

Kaliforniya Texnologiya İnstitutunun geobioloqu Joe Kirşvink narahatlığını ifadə edir. O iddia edir ki, iqlim dəyişikliyi diatomların suya çıxışını itirməsinə səbəb olarsa (oksigen istehsal etmək üçün istifadə edərlərsə), bol duza keçəcəklər. Duzu isə ölümcül xlor qazına çevirəcəklər. Onların sayını nəzərə alsaq, bu, tezliklə Yerdəki həyatın böyük əksəriyyətinin məhvi deməkdir.

 

8. Sabit orbit

Yerin Günəş ətrafında fırlanması qeyri-sabitdir. Planetimiz mövcud olduğu müddətdə dəfələrlə dəyişmiş və dəyişməyə davam edəcək. Bu dəyişikliklər sonu da gətirə bilər. Ən pisi isə budur ki, hər hansı digər planetin orbitindəki dəyişikliklər də sonu şərtləndirmək gücündədir. Yupiter Günəş sistemimizdə bir mini günəş kimi hərəkət edir. Onun böyük cazibəsi planetləri və digər cisimləri özünə çəkir. Əlbəttə, bunun faydaları var. Məsələn, Yupiter Günəş sisteminə girə biləcək asteroidləri udur. 

 

9. Göbələk pandemiyası

Nə qədər qəribə səslənsə də, göbələk pandemiyası həqiqətən də mümkündür. Elm adamları xüsusi bir göbələk növünə, kordisepsə çox diqqət yetirirlər. O, ev heyvanlarını zombi halına gətirir. Digər bir göbələk qrupu hazırda qurbağa növlərinin dünya miqyasında yox olmasına kömək edir.

Göbələk xəstəlikləri ilə əlaqədar problemlərdən biri budur ki, onlar bakterial və viral xəstəliklərlə müqayisədə nisbətən az araşdırılıb. Halbuki milyonlarla insanın ölümünə səbəb olurlar. 

 

10. Bir anda hər şey

Dünyanın sonu ilə bağlı ən qorxulu nəzəriyyə əvvəldə təsvir etdiklərimizin yarısının dərhal planeti cənginə alacağı ilə əlaqədardır. Bunu bir sıra elm adamları iddia edirlər. Onlar hər şeyin tezliklə baş verəcəyini düşünürlər. Deyirlər ki, önümüzdəki bir neçə onilliklər ərzində iqlim dəyişikliyi hava şəraitini daha uçucu və həddindən artıq ağır vəziyyətə gətirəcək. Öz növbəsində daha yüksək orta temperatur patogen bakteriyaların yayılmasını təşviq edəcək.

Arılar və yarasalar kimi bir çox bitki və tozlandırıcı öləcək (yarasalar göbələk infeksiyasından). Əhali artmağa davam edəcək və dünya ərzaq qıtlığı ilə üzləşəcək. Okeanın turşuluğu və çirklənməsi fotosintetik orqanizmlərin sayını azaldacaq və bir çox ekosistem pozulacaq. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı