USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aya ilk ayaq basmış insanın 90 yaşı tamam oldu


https://img.baki-baku.az/news/2021/08/photo_4595.jpg

O, Yuri Qaqarin kimi adını bəşəriyyət tarixinə yazdırmış simadır. Söhbət Nil Alden Armstronqdan gedir.

Armstronq 5 Avqust 1930-cu ildə Ohayo ştatının kiçik Uakapanet qəsəbəsində anadan olub. Altı yaşında atası ilə birlikdə ilk dəfə təyyarənin göyərtəsinə qalxıb və göylərə ömürlük bağlanıb. Bu bağlantı elə güclü idi ki, artıq on beş yaşında təyyarə idarə etməyi bacarırdı. Əlbəttə, yaşının azlığına görə pilot lisenziyasını bir neçə il sonra almışdı.

Armstronq orta məktəbi bitirdikdən sonra Perdu Universitetinin mühəndislik şöbəsinə daxil olur, lakin Koreya müharibəsinə görə təhsilini müvəqqəti dayandırır. Müharibədə hərbi pilot kimi 78 döyüş uçuşu həyata keçirir, Aviasiya Medalı və iki Qızıl Ulduzla təltif edilir. 1958-ci ildə "Şimali Amerika X-15" raket təyyarəsini sınayan pilot qrupunda təmsil olunur. 1962-ci ildə sərt rəqabət şəraitində NASA astronavt qrupunun üzvünüə çevrilir.

21 iyul 1969-cu ildə Armstronqun həyatının ən gözəl anı yetişir. O, "Apollon 11" ekipajının komandiri olaraq ay planetinə ilk ayaq basan insan olur və tarixi sözlərini deyir: "Bu, bir insan üçün kiçik addımdır, amma insanlıq üçün böyük bir sıçrayışdır".

Armstronq bir daha kosmosa uçmadı. Çinçinnati Universitetində aeronavtika üzrə dərs deməyə başlayır. Uçmaqla isə yalnız özünün yüngül təyyarəsini idarə edərək kifayətlənir. Utancaq idi, populyarlıqdan çəkinirdi və nadir hallarda müsahibə verirdi.

Armstronq 25 Avqust 2012-ci ildə ürək əməliyyatından sonrakı qəfil ağırlaşmalar nəticəsində 82 yaşında dünyasını dəyişir. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Maraqlı