USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elektron siqaret: istifadəsi necədir, xeyirli, yoxsa ziyanlıdır? - ARAŞDIRMA


https://img.baki-baku.az/news/2020/09/photo_458.jpg?v=MjAyMC0wOS0wMSAxNDoyNjo1Mg==

Elektron siqaret əsl siqaretə çox oxşayır, ancaq tüstünün yerinə su dumanı ifraz edir. Doğrudanmı, o, adi papiros kimi ziyansızdır? Bu barədə söz-söhbətlər səngimək bilmir.

Siqaretdən söz düşmüşkən, yəqin hamıya məlumdur ki, 1 iyun 2013-cü il tarixdən Rusiyada təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələrində və onların ərazilərində çəkmək qadağası qüvvəyə minəcək. Mövcud qadağa yaşayış evlərinin, uşaq bağçalarının və digər yerlərin ümumi istifadədə olan ərazilərinə də şamil ediləcək. Rusiyada hətta siqaretin alternativi olan və haqqında ətraflı bəhs edəcəyimiz elektron siqaretlər də qadağan ediləcək. Maraqlıdır ki, ABŞ-da, Kanadada, Braziliyada, Avstraliyada, Türkiyədə və Avropanın bir sıra digər yerlərində elektron siqaret yasağı artıq rəsmiləşdirilib.

Ümumən elektron siqaretlər 2003-cü ildə istehsal olunub və həmin vaxtdan başlayaraq, populyarlıq qazanmağa başlayıb. Əvvəlcə istehsalçılar onu çəkmək icazəsi verilməyən yerlərdə istifadə üçün nəzərdə tutublar. Sonra yeniliyə siqareti tərgitməyin optimal üsulu kimi yanaşılıb. Daha sonra isə düşünülüb ki, bu, çəkməyi atmağın ən yaxşı yoludur.

Elektron siqaret necə işləyir?

Bu alət ilk növbədə siqaretin yaxşıca imitasiya prosesidir. Onun tərkibinə siqaretlə yanaşı, xüsusi katridc və enerji qurğusu daxildir. Siqaretin korpusunda batareya və kiçik par generatoru yerləşir. Qurğu nəfəsi çəkərkən işə düşür. Çəkmə zamanı nikotinin təsirini özündə saxlayan par yaranır. Onun tündlüyü və dadı elektron süzgəcdən asılıdır. Həmin süzgəc vasitəsilə qurğunun par sistemindəki nikotinin qarşısı alınır. Süzgəci ümumi hissədən asanlıqla ayırmaq və yenisilə dəyişdirmək mümkündür. Onun biri istifadə zamanı 15-20 əsl siqaretin yerini verə bilir.

Müsbət cəhətlər

Elektron siqaret çəkən adamdan pis qoxu gəlmir. O, özünü yaxşı hiss edir. Nəfəs alması asanlaşır. Yeməyin tamını daha yaxşı hiss edir. Dişləri saralmır, dərisi kobudlaşmır. Adi siqaretdən fərqli olaraq elektron siqaret yerə atılmadığından yanğın təhlükəsi yaratmır.

Təhlükəlilik

Elektron siqaretə keçən adam çəkməyi atmaq barədə heç düşünmür. Onda psixoloji asılılıq get-gedə dərinləşir. Bu zaman qənaətcillik də pozulur. Hətta aludəçilik artır. Sadəcə belə düşünülür ki, bu iş tam ziyansızdır.

Məsələyə digər tərəfdən yanaşsaq, elektron siqaretin elementlərinin istehsalı lisenziyalaşdırılmayıb. Buna görə də onun saxtalarının da istehsalı mümkündür ki, məhz bu cəhət yeniliyi təhlükəli edən başlıca amillərdəndir. Həmçinin tez-tez dəyişdirilməli olan katridclərdəki maddələrin ziyanlılığı da istehsalçının vicdanına buraxılıb. Yəni, ona dünya miqyaslı vahid nəzarət sistemi yoxdur. Amerika alimləri məhz bu məqama diqqət çəkərək bildirirlər ki, elektron siqaretlər təhlükəsizdir, ancaq onların Çin zavodlarında istehsal edilənlərinə və çox ucuz qiymətə satılanlarına hər hansı təminat verilə bilməz…

Başqa bir təhlükəlilik tütün tüstüsünü imitasiya edən maddə ilə bağlıdır. Propilenqlikol adlı həmin maddə insanda allergik reaksiyalar doğura bilər. Hətta mümkündür ki, çəkən adamın nəfəsi tamamilə tutulsun. Təsadüfi deyil ki, elektron siqaretlərdən yararlanan bəzi adamların ağ çiyərlərində və boğaz boşluqlarında problemlərin yarandığı bildirilir. Yəqin elə bunlara görədir ki, Fransa baş sanitariya idarəsi hələ 2011-ci ildə belə demək mümkünsə, yeni vərdişdən uzaq durulmasına dair tövsiyyələr hazırlayaraq onları kütləvi şəkildə tirajlamışdı.

Sonda onu da deyək ki, mövcud istiqamətdə aparılmış çoxsaylı tədqiqatlara baxmayaraq, elektron siqaretlərin insan sağlamlığına qəti şəkildə ziyan vurduğuna dair vahid mövqe də yoxdur. Əlbəttə, onun xeyri ilə bağlı da birmənalı münasibətə rast gəlinmir. Ona görə də çalışın çəkməyin. Necə deyərlər, siqaretə də lənət, onun elektron olanına da!

"Baki-Baku.az"




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Maraqlı