- Daxili siyasət
- 11:19 17.04.2024
23 iyul dünyada Balina və Delfin balıqları Günü kimi qeyd edilir. "Baki-Baku.az" xəbər verir ki, bu gün balina ovuna qadağanın qüvvəyə mindiyi 1986-cı ildən qeyd edilir. Ancaq bu heyvanlar üçün təkcə balina ovu təhlükəli deyil. Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının digər bir böyük səbəbi onların delfinariumlar, akvariumlar və sirklər üçün tutulmalarıdır. Buna görə 23 iyul günü bütün dəniz məməliləri üçün də qorunma günü hesab olunur.
Hər il müxtəlif mühafizə qrupları və təşkilatlar balinaları və digər dəniz məməlilərini qorumaq üçün aksiyalar və nümayişlər keçirirlər. Bu gün Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Rusiya Federasiyasının dənizlərində bir neçə düz balina, delfin və suitilər yaşayır. Onların bir çoxu təhlükədədir və Rusiya Federasiyasının və Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Qırmızı Kitabına salınıb.