USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu gün İkinci Dünya Müharibəsinin başlanmasından 81 il ötür - Müharibənin xronologiyası


https://img.baki-baku.az/news/2020/09/photo_437.jpg

Bu gün bəşəriyyətin ən qanlı müharibəsi sayılan İkinci Dünya Müharibəsinin başlanmasından 81 il ötür. "Baki-Baku.az" müharibə və onunla bağlı proseslərin xronologiyasını təqdim edir

1939 Almaniyanın işğal etdiyi ölkələr

· 23 avqust— Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında saziş imzalandı.

· 1 sentyabr— Almaniya və SSRİ Polşanı öz aralarında bölüşdürməyə başlayırlar. Almaniya Polşanın bölüşdürülməsi istiqamətində ilk addımı ataraq 1 sentyabrda Polşaya qoşun yeritdi. SSRİ isə öz növbəsində bu istiqamətdə 2-ci addımı 16 sentyabrda atdı (SSRİ 2 həftəlik ləngiməklə Polşanın müttəfiqlərinin Almaniyanın mütəfiqi kimi SSRİ-yə də müharibə elan etmələrinin qarşısını məharətlə almış oldu).

· 3 sentyabr— əvvəl İngiltərə, sonra Fransa, həmçinin, Avstraliya və Yeni Zellandiya Almaniyaya müharibə elan etdilər. Sonrakı bir-neçə gün ərzində Almaniyaya müharibə elan edən dövlətlərin sırasına Kanada, Nyufaundlend, Cənubi Afrika İttifaqı və Nepal da qatıldı. Bununla da İkinci dünya müharibəsi başlamış oldu.

· 5 sentyabr— ABŞ və Yaponiya Avropa müharibəsində öz neytrallığını elan etdilər.

· 17 sentyabr— Sovet qoşunları Polşaya daxil oldu. Həmin gün axşam Polşanın qanuni rəhbərliyi Rumıniyaya qaçır

· 28 sentyabr— almanlar Varşava şəhərini ələ keçirirlər. Həmin gün Moskvada Almaniya və SSRİ arasında yeni sərhədlər müəyyənlədirilir, keçmiş Polşa ərazisi 2 tərəf arasında bölüşdürülür.

· 6 oktyabr— Polşa ordusunun müqavimət göstərən axırıncı hissələri təslim olur. Bundan sonra Hitler Almaniyası Polşanın qərb hissəsini almalanlaşdırmağa başlayır, buradakı polyaklar və yəhudilər Polşanın mərkəzinə deportasiya edilir. Polşanın SSRİ-nin payına düşən hissəsində isə sovetləşmə, kollektivləşmə tətbiq edilir.

· 8 noyabr— Münhendə uğursuz sui-qəsd.

· 30 noyabr— SSRİ Finlandiyaya müharibə elan edir. Qış müharibəsiadını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam edir. Müharibə nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 10%-ni işğal edirlər.

1940 · 15 mart Sovet-fin müharibəsi sona yetir. Moskvada bağlanmış sülh müqaviləsinə görə Finlandiyanın bir hissəsi SSRİ-yə verilir.

· 9 aprel. Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.

· 10 aprel. Sovet qoşunları tərəfindən Baltikyanı respublikalarının tutuldu.

· 22 iyun. Fransanın kapitulyasiyasına dair akt imzalandı.

· 13 avqust Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.

· 23 sentyabr. İtaliya Şərqi Afrikaya yürüş etdi.

· 27 sentyabr. Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.

· 2 noyabr. ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.

· 20 noyabr. Macarıstan "Üçlüyə" daxil olur.

1941

· 1 mart. Almaniyanı dəstəkləyən Bolqarıstan da "Üçlüyə" daxil olur.

· 6 aprel. Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana hücum edir.

· 9 aprel. Britaniya aviasiyası Berlini bombardman edir.

· 1 iyun. İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.

· 16 iyun. ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.

· 22 iyun. Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burada onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.

· 12 iyul. Almaniyaya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.

· 11 sentyabr. Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.

· 30 sentyabr. Almanlar Moskvaya hücuma başladılar.

· 5 dekabr. Sovet qoşunları Moskva ətrafındakı alman qoşunlarına əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya qarşı müharibə elan etdi.

· 7 dekabr. Yaponlar Amerikanın Havay adalarında yerləşən Pyorl Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.

· 11 dekabr. Çin Almaniya və İtaliyaya müharibə elan etdi.

· 20 dekabr. Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

· 1 yanvar. Vaşinqtonda 26 ölkə "Üçlüy"ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.

· 20 yanvar. Berlində "Vanzey konfransı". Yüksək rütbəli faşist məmurları "yəhudi problemini kökündən həll etməy"ə dair müzakirələr apardılar.

· 18 aprel. ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.

· 24 aprel. Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.

· 13 sentyabr. Stalinqrad uğrunda döyüşlər başlandı.

· 2 dekabr. Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.

1943-cü il.

· Kasablankada Ruzvelt və Uinston Çörçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.

· 31 yanvar - 2 fevral. Stalinqrad döyüşü sona yetir.

· 19 aprel. Varşavada 56 min yəhudi qətlə yetirilirdi.

· 13 mart. Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.

· 5 iyul-23 avqust. Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.

· 10 iyun. Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.

· 24 iyul. İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.

· 25 iyul. Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtalyanın faşist diktaturasından azad olunması elan olunur.

· 13 oktyabr. İtaliya Almaniyaya müharibə elan etdi.

· 28 noyabr. İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.

· 26 dekabr. Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944-cü il. Avropada müharibənin gedişatı

· 6 iyun ABŞ, Kanada və Böyük Britaniya qoşunları Normandiyaya daxil olur; ikinci cəbhə açılır.

· 20 iyul. Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.

· 1 avqust. Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak öldürülür. 2 oktyabrda üsyan yatırıldı.

· 25 avqust. Rumıniya Almaniyaya müharibə elan edir.

· 19 sentyabr. SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.

· 21 oktyabr. Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.

· 31 dekabr. Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945-ci il.

27 yanvar. Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim ən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz mindən çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.

4 fevral. Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.

13-14 fevral. Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.

2 mart. Amerika qoşunları Reynə gəlirlər.

10 mart. Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olur.

12 aprel. Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.

16 aprel. Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.

25 aprel. Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər. 28 aprel. Benito Mussoliini partizanlar tərəfindən güllələnir.

30 aprel. Adolf Hitler intihar edir.

8 may. Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.

9 may. SSRİ Berlinə daxil olur və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.

16 iyul. ABŞ-da Nyu-Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.

17 iyul. Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.

6 avqust. ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.

9 avqust 1945. Naqasakiüstündə atom göbələyi

8 avqust. SSRİ Yaponiyaya müharibə elan edir.

9 avqust. ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.

14 avqust. Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.

2 sentyabr. Tokioda Amerika gəmisi "Missuri"nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.

14 noyabr. Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Maraqlı