USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çipsi ürək-damar xəstəlikləri riskini artırır


https://img.baki-baku.az/news/2021/07/photo_4292.jpg?v=MjAyMS0wNy0wNiAxMTo0OTozNg==

Çipsi ürək-damar xəstəlikləri riskini artırır, ömrü qısaldır. "Baki-Baku.az" xəbər verir ki, bu barədə xəbərdarlığı Amerika Kardioloqlar Assosiasiyasının "Eat This, Not That!" nəşri edib. 

Nəşrin yazdığına görə, 11 il ərzində alimlər müxtəlif məhsulların insan orqanizminə təsiri ilə bağlı tədqiqat aparıblar. Tədqiqatda 21500 könüllü iştirak edib ki, onlar iki qrupa bölünüblər. Birinci qrupa sağlam məhsulları qəbul edənlər, ikinci qrupa isə kraxmal tərkibli məhsullarla, o cümlədən çipsi ilə qidalananlar daxil edilib. 

Tədqiqatın nəticələrinə görə, ikinci qrupda ürək-damar xəstəlikləri riski 57 faiz olub. Sağlam qidaları qəbul edənlərdə isə nəinki ürək-damar xəstəlikləri, habelə xərçəng riski çox aşağı qeydə alınıb. 

Tədqiqat müəllifi Harbin Tibb Universitetinin dietologiya və gigiyenik qidalanma departamentinin professoru Yinq Li bildirib ki, əsas məsələlərdən biri də qidanı nə zaman qəbul etməkdir. Əgər bir şəxs ümumi qidalandıqdan sonra kraxmal tərkibli qidanı da əlavə olaraq qəbul edirsə, bu zaman ürəkdə problem riski daha da artır. 

"Əgər sizin qidanızda böyük həcmdə şəkər və piy varsa, sonra onunla birləşmiş çipsi qandakı şəkərin miqdarını bir necə saat ərzində normaya düşməyə qoymur. Bu isə ürəkdə və qara ciyərdə ağırlıq yaradır. Əgər siz kartof xoşlayırsınızsa, onu çipsi kimi yeməyin", - deyə mütəxəssis bildirib. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı