USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Stalinin "lənəti"

Keçmiş sovet diktatoru barədə elmi yeniliklər var


https://img.baki-baku.az/news/2020/08/photo_374.jpg

Məlum olduğu kimi, 1945-ci ildə müttəfiq qoşunlarının hərbi birləşmələri Almaniyanı diz çökdürdülər. Məhz o zamanın, yəni hərbi dövrün siyasətçiləri - ABŞ, SSRİ və Böyük Britaniyanın rəhbərləri dünyanın yeni düzənini sülh və iqtisadi yüksəliş üzərində qurmağı hədəflədilər.

Franklin Ruzveltin, İosif Stalinin və Uinston Çerçilin qərarları uzun müddətli nəticələrə hesablanmışdı. 1945-ci ilin iyununadək tərkibindəki şəxslər dəyişsə də, üçlük sövdələşməsini qoruyub saxlayırdı. Çünki Yaponiya hələ təslim olmamışdı. 1945-ci ilin oktyabrında alyans Birləşmiş Millətlər Təşkilatını yaratdı. Cəmi bir il içərisində isə üçlük yeni Avropa qurdu. Nəticədə dünya siyasəti ötən əsrin 80-ci illərinin sonunda qurtulduğu çərçivəyə salındı. Ancaq qurtuluş tam baş vermədi.

Franklin Ruzvelt 1945-ci ilin aprelində dünyasını dəyişmişdi, Britaniya elektoratı isə Çerçildən canını qurtarmışdı. Ruzveltin yerinə gələn ABŞ-ın o zamankı prezidenti Hari Trumen və Çerçili əvəzləyən Britaniyanın baş naziri Kliment Etli beynəlxalq danışıqlar müstəvisində yenilərdən sayılırdılar. Potsdam konfransındakı üçüncü vacib sima isə SSRİ rəhbəri İosif Stalin idi. Onun da sammitlərdə iştirak təcrübəsi böyük deyildi. Həmin vaxtadək sovet lideri cəmi bir neçə görüşə qatılmışdı. Amma buna baxmayaraq, 1920-ci illərdə SSRİ-nin xarici siyasətini yaxından izləmiş, 1939-cu ildən sonra ölkənin beynəlxalq arenada attıdığı hər addımı nəzarətdə saxlamışdı.

Stalinin hərisliyi və barışmazlığı qarşısında Trumen aciz idi. O, zaman-zaman belə qənaətə gəlirdi ki, sovet rəhbəri bütün dünya üçün təhlükəyə çevrilir. Trumenin Stalinə cavab verməyə hazırlaşdığı 1947-1948-ci illərdə SSRİ artıq Şərqi Avropanı özünün nəzarəti altına almışdı. Bölgədə tam gücü ilə sovetləşmə gedirdi. Yazıçı Robert Hellatelinin bu günlərdə çapdan çıxmış «Stalinin lənəti» kitabında diqqət mərkəzinə məhz həmin dövrün hadisələri gəlir.

Müəllif «soyuq müharibə»nin başlanmasında ABŞ qədər SSRİ-nin də günahkar olduğuna dair iddiaları rədd edir. Hellatelinin fikrincə, əsas baiskar Stalindir. Əlbəttə, tarixçi Trumeni də kobanın Şərqi Avropadakı planlarından vaxtından öncə baş çıxarmadığı üçün qınayır. Ancaq müəllif Asiya məsələlərindən söhbət düşəndə Birləşmiş Ştatların rəhbərini Stalinlə bağlı mövqeyini dəyişdiyinə görə alqışlayır.

1950-ci ildə Koreya müharibəsi başlayanda Stalin və Çin rəhbəri Mao Tsedun Şimali Koreyada Kim İr Senə dəstək göstərmək naminə müttəfiqlik edirdilər. Onlar Koreya yarımadasının sovetləşdirilməsi üçün özlərinin müşavirlərini və hərbi texnikalarını göndərirdilər. Məhz həmin vaxt Trumen məsələyə müdaxilə edərək planları pozdu. Nəticədə baş vermiş müharibə 20-ci əsrin ən qanlı müharibələrindən biri kimi tarixə düşdü.

Hellatelinin fikrincə, əgər 1945-ci ilin Potsdam konfransında Amerika nümayəndə heyəti qətiyyət nümayiş etdirsəydi və hadisələrin hansı səmtə getdiyini görə bilsəydi, bu kimi dəhşətli hadisələrdən yaxa qurtarmaq olardı. Müəllifin gəldiyi qənaət 1945-ci ildən sonra Qərb müttəfiqlərinin daxilində problemlərin olmasına diqqət yönəldən tarixçilərin əksəriyyətinin dedikləri ilə ziddiyyət təşkil edir. Məlumdur ki, bir sıra tədqiqatçılar Qırmızı ordunun Yaponiya təhlükəsindən xilas üçün lazım olduğuna dair baxışlar irəli sürürlər.

Alimin yazdığına görə, Trumen Ruzvelt kimi ABŞ hərbçilərinin geri qaytarılmasına dair tələblərlə mübarizə aparmalıydı. Britaniyaya gəlincə isə, onun xəzinəsi boşalmışdı. Ölkənin siyasətçiləri və xalqı əsasən milli maraqlara köklənməyi üstün sayırdılar. İstər Britaniyada, istərsə də ABŞ-da Stalin «Co dayı» adı ilə məşhur idi və hesab edilirdi ki, koba öz ölkəsinin xilaskarı və Şərq cəbhəsinin qəhrəmanıdır.

Ancaq həmin dövrdə ictimai rəy qeyri-sabit idi. 1950-ci illərdə ABŞ-ın anti-kommunizm təbliğatı onu kökündən dəyişdi. Eyni zamanda amerikalılar atom bombasının dağıdıcı gücünün olduğuna şahidlik etmişdilər. Amerika siyasətindəki təcridçi cərəyan Birinci Dünya Müharibəsindən sonrakı illərdə olduğu tək populyar deyildi.

İntensionalist-alim kimi tanınan Hellateli bu ideyanın tərəfdarıdır ki, tarixin gedişatını ətrafandakılar deyil, liderlərin özləri müəyyənləşdirir. Stalinin simasında o, Şərqi Avropanı vahid ideologiyalı, bir partiyalı dövlətə çevirən insan olaraq görür. Hellateli şəxsi mahiyyətinin ona həddən artıq absurd görünməsinə baxmayaraq, kobanı dahi rəhbər sayır. Müəllif kitabının müharibədən sonrakı dövrə aid bölümlərində Estoniyadan tutmuş şərqi Almaniyayadək olan ərazidə sovetləşmənin məhkəmələrinin, repressiyalarının dəhşətlərini təsvir edir. Buna baxmayaraq, Hellateli heç də elə qəbul etmir ki, Stalinin idarəçiliyinə pataloji sadizm hakim kəsilmişdi. Müəllifin fikrincə, koba dünya ekspansionizminə əsaslanmış marksist-leninist ideologiyasını rəhbər tutaraq fəaliyyət göstərib. Onun dediyinə görə, Leninin şagirdi olan Stalin sübut etmək istəyirdi ki, Trotskinin (bolşevizmin ideoloji rəhbərlərindən biri olub) sovet hakimiyyətinin dünya inqilabında maraqlı olmadığına dair fikirləri yanlışdır.

Hellateli «Stalinin lənəti»ndə ən müasir elmi ədəbiyyata və sənədlərə əsaslanır. Nəşrdə müxtəlif mənbələrin təhlilini aparır. Alim bəzi tarixçilərin ABŞ administrasiyasında 1940-ci illərdən başlanmış ziddiyyətlərin olmayacağı təqdirdə Trumenin Stalinlə bacaracağına söykənən iddialarını təkzib edir. Tarixçi kobanın hər bir halda Şərqi Avropanın tam sovetləşməsindən qaçılmağa icazə verməyəcəyi qənaətindədir.

SSRİ-də kommunizmin əsaslarını məhv etmək üçün bir neçə onilliyin konfrantasiyaları və dözümü tələb olundu. 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqının hərbi-texnoloji və iqtisadi blokadasını sərtləşdirdi. Ötən illər ərzində SSRİ iqtisadiyatı tənəzzül dövrünü yaşadı və Mixail Qorbaçov hakimiyyətə gələndə ölkədə ziddiyyətlər özünü daha qabarıq göstərməyə başladı. Qorbaçov məsələn, şikayətlənirdi ki, Ticarət Nazirliyi ayaqqabı istehsalı üçün lazım olan dəzgahı xaricdən gətirə bilmir. Məsələ isə ondaydı ki, Şərqi Avropa SSRİ-nin iqtisadi nöqtələrindən sayılsa da, Moskva polşalıları və macarları qərb banklarına olan borclarından azad edə bilməmişdi. Nəticədə belə mənzərə yaranmışdı ki, sovetləşmə kommunist liderlərinin baş ağrısına çevrilib.

Beləcə Hellatelinin fikrincə, 1989-1991-ci illərdə dünya Stalinin lənətindən qurtuldu və həmin vaxt bir sıra dövlətlər daha sərfəli status-kvo əldə etdilər. Polşa, Estoniya və Çexiya kimi Şərqi Avropa ölkələri tezliklə özlərinin iqtisadiyyatını və ictimai strukturlarını yoluna qoydular. Rusiya Federasiyası isə avtoritarizmin və qanunsuzluğun aradan qaldırılmasında çox az uğurlara nail oldu. Orta Asiya o zamanda siyasi terrorun mərkəzi olaraq qalmaqdadır. 1940-cı illərin ikinci yarısından sonra formalaşmış dünya hələ çox islahatlara ehtiac duyur ki, bu islahatların müxtəlif məqamları Hellatelinin kitabında tam şəkildə əksini tapıb.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Maraqlı