USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Misir piramidalarını tikənlər qullar olmayıb İDDİA


https://img.baki-baku.az/news/2020/08/photo_372.jpg

Misir piramidalarının tikintisində qul əməyindən istifadə edilib. Hər halda məsələnin ənənəvi qoyuluşu belədir. Ancaq indi tamam fərqli mətləblər üzə çıxır. Bu mətləbləri gündəmə gətirən isə Britaniya arxeoloqu Riçard Reddinqdir. O, sübuta yetirir ki, dünyanın yeddi mözücəsindən birini ərsəyə gətirənlər qullar yox, muzdlu fəhlələrdir. Alim hətta onların özlərinin həmkarlar ittifaqlarının olduğunu da vurğulayır. Beləcə qədim Misir piramidalarının tikintisi ilə bağlı növbəti versiyalardan birini ortaya atır. Əlbəttə, müvafiq şəkildə yeni suallar da meydana çıxır. Məsələn, Böyük piramidanın memarlarına nəhəng ölçülər və yüksək dəqiqlik nəyə lazım idi? Keçidlərin iri şəbəkələri və kameralar hansı məqsədə hesablanmışdı? Ümumilikdə bütün sualları aşağıdakı formada qruplaşdırmaq mümkündür: piramidaları kim, necə və nə üçün tikib?

Arxeoloq Riçard Reddinq və ABŞ-ın Miçiqan Universiteti nəznində fəaliyyət göstərən Kelsi muzeyinin tədqiqatçıları hesab edirlər ki, Misirin qədim çarlığının (bizim eradan əvvəl 2600-2100-cü illər) III və IV sülalələrinin zamanındakı piramidalardan birini 20 il ərzində ərsəyə gətiriblər. Tikinti ilə məşğul olanların sayı 8-10 min arasında dəyişib. Reddinq bildirir ki, tikintidə iştirak edənlər nə qullar idilər, nə də onların içərisində yəhudilər vardı. Yəhudilərin həmin dövrdə Misirdə qul həyatı keçirmələrinə dair hər hansı arxeoloji nişanə də yoxdur və onlar əraziyə xeyli sonralar gəliblər: «Piramidaları yaxşı yemək-içməklə və səhiyyə xidmətilə təmin olunmuş gənc adamlar tikiblər. Bu adamlara müsbət yanaşılmasına səbəb gördükləri işlərin cəmiyyətin mənafeyi baxımından önəmli sayılmasıydı».

Qədim Misirdə belə hesab edilirmiş ki, çarlar («firon» sözü sonradan yaranıb) ölümlərindən sonra tanrılarla bir sırada dayanmaq hüququ qazanırlar. Fərziyələrə görə, onlar xalqı xəstəliklərdən və Nil çayının daşqınlarından qurtarmaq üçün allahların fikirlərinə təsir göstərə bilərlərmiş. Piramidalar isə çarların müqəddəs səyahətə göndərilməsi yolunda mühüm rol oynayırmış. Məhz buna görə də dünyanın mözücələrindən sayılan tikililərin inşasında iştarak edənlərin əməyi cəmiyyət üçün faydalıydı və həmin şəxslərə münasibət də pozitiv idi.

Reddinqin sözlərinə görə, o dövrün fəhlələri müasir həmkarlar ittifaqına oxşar briqadalarda və artellərdə birləşirdilər. Dövlət məmurları nom adlandırılmış əyalət rəhbərlərinə nə qədər fəhlənin lazım olduğuna dair müvafiq sənədlər göndərirdilər. Hər nom özünün briqadasını hazırlayırdı. Briqadaların məxsusi adları da vardı.

Reddinq onu da bildirir ki, piramidaların inşası üzrə işlərin təşkili və çoxlu sayda insana qulluq göstərilməsi məmur aparatından maksimum effektivlik tələb edirdi. Qədim misirlilər isə hesab və nəzarətin bir növ, fanatikləri idilər. Təsadüfi deyil ki, həmin dövrdən qalmış çoxsaylı yazışmalarda istifadə olunmuş çörəklə bağlı haqq-hesablar əksini tapmışdı. Ancaq birbaşa piramidaların tikintisindəki təchizat məsələlərini əks etdirən papiruslara rast gəlinmir. Reddinq isə müasir statistik məlumatlara əsaslanaraq piramidaların tikintisi kimi ağır fiziki əməklə məşğul olan şəxslərin nə qədər qida qəbul etmələrini müəyyənləşdirməyə çalışır.

Məlum olur ki, Misir piramidalarının inşasının iştirakçısı olmuş fəhlələr bir sutka ərzində 67 qram zülal qəbul ediblər. Zülal əsasən ətin tərkibində yer aldığından deməli, hər fəhlə həftə ərzində 6 funt, yəni 2,72 kiloqram ət yeyirmiş. Alim ehtimal edir ki, qida rasionundakı zülalın yarısı Nildən tutulmuş balıqların hesabınaydı. Reddinq həmçinin qədim Misirdə mövcud olmuş mal-qaranın sümüklərini tədqiq edərək onların bir başından nə qədər ət almağın mümkünlüyünü aydınlaşdırır.

Arxeoloqun növbəti hesablamalarından belə nəticəyə gəlmək mümkündür ki, 10 min fəhlə hər on gündən bir 105 baş iri buynuzlu mal-qara və 368 qoyun, yaxud keçi yeyirmiş. Məmurlar tikintinin dayanmaması üçün 21900 iri, 54750 baş xırda buynuzlu mal-qaranı ehtiyatda saxlayırlarmış. Ehtiyacın ödənilməsi üçün min kvadrat kilometrlik otlaq sahəsi (bu, Nilin deltasının təxminən 5 faizi demək idi) tələb olunurmuş. Heyvanlara baxmaq işinə 19 min çoban cəlb edilibmiş ki, mövcud rəqəm həmin dövrkü Misirin əhalisinin 2 faizinə bərabərdir.

Reddinq və onun həmkarları tikinti qalıqlarında apardıqları arxeoloji qazıntılar zamanı 175 min sümüyü tədqiq ediblər. Onların yarısı iri və xırda buynuzlu mal-qaraya məxsusdur. Sümüklərin 10 faizinin identifikasiyası da aparılıb. Donuzlara çox az təsadüf olunub. Heyvanların konkret olaraq piramidaların tikildiyi Gizəyə hansı yolla gətirilməsinə dair konkret fikir yoxdur. Reddinq onların əraziyə quru, digər həmkarları isə su yoluyla gətirildiyi qənaətindədir.

Fəhlələrin həyat tərzinə gəldikdə, bu adamlar hər biri 20-40 nəfərlik tutuma malik baraklarda yaşayırdılar. Baraklar nəhəng düşərgələrdə yerləşirdi. İşçilərin yeməklə təminatı mərkəzi qaydada həyata keçirilirdi. Yeməyin çoxluğu vəzifədən asılı idi. Yüksək vəzifə tutmuş şəxs çox yeyirdi.

Qeyd edək ki, Reddinqin irəli sürdüyü versiyanı Oklend Universitetinin yeni zelandiyalı misirşünası Cenifer Hellum da dəstəkləyir. Hellumun fikrincə, Misir cəmiyyəti lap başlanğıcdan inkişaf etmiş bürokratiyaya malik olub. Mövcud sistemdə iyerarxiya prinsipi əsas götürülüb. «Misirlilərdə piramidaların tikintisi üçün lazım olan mürəkkəb bürokratiya səviyyəsi vardı. Yazışmalar, vergi və mərkəzi hakimiyyət - bütün bunların mövcudluğu böyük missiyanın yerinə yetirilməsində həlledici faktor rolunu oynayırdı», - deyən Hellum eyni zamanda piramidaların tikintisi məqsədilə həddən artıq vəsaitin xərcləndiyinə diqqət yetirir və vurğulayır ki, yüksək təmtəraq yekun nəticədə müflisləşməyə və iflasa gətirdi. Məlum olduğu kimi, IV sülalənin hakimiyyətindən sonra Misirdə piramidaların inşasına son qoyulmuşdu.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Maraqlı