USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NASA Marsda ilk helikopter uçuşunu planlaşdırır


https://img.baki-baku.az/news/2021/04/photo_3437.jpg

NASA aprelin 11-dən tez olmayaraq “Ingenuity” helikopterinin Mars planetində ilk uçuş cəhdini həyata keçirməyi planlaşdırır.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq. “Ingenuity” helikopterinin uçuşu qurumun saytında və sosial şəbəkələrdə yayımlanacaq.

Fevralın 18-də helikopter marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı ona dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq və helikopterlə Yerdəki missiyanın dispetçerləri arasına əlaqə saxlamağa imkan verəcək baza stansiyası quracaq.

NASA-nın məlumatına əsasən, mühəndislər həm “Ingenuity” helikopterinin, həm də “Perseverance” mars aparatının ərazidə yerləşməsi və uçuşöncəsi yoxlamalar üzərində çalışdıqları üçün uçuş tarixi dəyişdirilə bilər. İlk uçuş zamanı helikopter Mars planeti səthindən üç metr hündürlüyə qalxmalıdır.

Qeyd edək ki, “Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı