USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ ordusunda hamilə qadınlar söhbəti qalmaqal yaradıb


https://img.baki-baku.az/news/2021/03/photo_3197.jpg

ABŞ ordusu sıralarında hamilə qadınların xidmət keçməsindən qəzəblənən məşhur televiziya aparıcısı Tuker Karlson Pentaqon rəsmisi ilə mübahisə edib.

Karlson “Fox News” telekanalının efirində Pentaqonda hamilə qadınlar üçün xüsusi bir formanın tətbiq olunduğunu söyləyib: “Hamilə qadınlar müharibələrimizdə döyüşəcəklər, bu ABŞ ordusunu ələ salmaqdır”.

Aparıcı əlavə edib ki, Çin ordusu “daha çox kişiyə”, ABŞ ordusu isə "daha çox qadına” çevrilir.

Pentaqon sözçüsü Con Kirbi aparıcının bu cür şərhi ilə bütün ABŞ ordusunu alçaltdığını söyləyib: “Biz tok-şou aparıcısını və ya Çin hərbi məsləhətini dinləməyəcəyik”.

ABŞ Kosmik Qüvvələrinin nümayəndəsi Skott Stoker də “Twitter” hesabında aparıcının  açıqlamalarını "televiziya dramı" adlandırıb.

"Hamıya xatırlatmaq istəyirəm ki, haqqı olduğu fikri əsgərlikdə keçirdiyi tamamilə sıfır günə söykənir" dedi Stoker.

Qeyd edək ki, ABŞ ordusunun 16 faizini, zabit korpusunun isə 19 faizini qadınlar təşkil edir.




Redaktorun seçimi

Zorən sülhsevərlik
  • Daxili siyasət
  • 11:28 01.05.2024
Zorən sülhsevərlik
Şvabe əndazəni aşır
  • Daxili siyasət
  • 11:17 01.05.2024
Şvabe əndazəni aşır
Yeni platforma üstün şans deməkdir
  • Daxili siyasət
  • 10:44 01.05.2024
Yeni platforma üstün şans deməkdir
Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir

Maraqlı