USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaponiyalı milyarder Aya gəzməyə getmək üçün özünə 8 yol yoldaşı axtarır


https://img.baki-baku.az/news/2021/03/photo_3105.jpg

Yaponiyalı milyarder Yusaku Maedzava SpaceX raketi ilə Ay səyahətində ona yoldaşlıq edəcək 8 nəfər axtarır.

"Baki-Baku.az" "Azpost.info"ya istinadən xəbər verir ki, Maedzava 2023-cü ildə təşkil olunacaq səyahətin bütün xərclərini ödəyəcəyini bildirib. O, YouTube kanalındakı paylaşımında seçim üçün iki meyar irəli sürərək yazıb: “Bəşəriyyətə fayda verə biləcək hər insanı dəvət edirəm”.

Milyarder mesajında vurğulayıb ki, kosmik gəmidəki bütün yerləri satın aldığı üçün bu, məxsusi bir səyahət olacaq. “8 nəfər axtarıram, SpaceX istehsalı olan “Starship” raketi ilə gedəcəyik. Getmək 3 gün, dönmək 3 gün çəkəcək. İştirak edənlər heç bir pul ödəməyəcək”, -deyə Maedzava bildirib. O, dünyada tanınmış müğənni, rəqqas və ya yazıçı, yaxud kreativ bir şey edə biləcək insanları seçmək fikrindədir.

Maedzava video mesajında ona ünvanlanan “Qorxmursunuz ki?” sualına “Bir az qorxuram, amma marağım daha çoxdur. SpaceX komandasına və İlon Maska, texniki imkanlarına güvənirəm” – cavabını verib.

BBC-nin xəbərinə görə yapon milyarder layihə çərçivəsində SpaceX kompaniyasına nə qədər pul ödədiyini açıqlamayıb.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Maraqlı