USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qısa, dar kostyumlularla ...zəka genişliyinə doğru BAXIŞ


https://img.baki-baku.az/news/2021/03/photo_3060.jpg

Müstəqillik qazanıldıqdan sonra ölkəmizdə bir çox ümummilli tədbirlər və bayramlar qeyd olunmağa başlanılmışdır. Bu prosesin geniş və yüksək səviyyədə təşkili danılmaz faktdır. Dövlət idarələrindən, məktəblərdən insanlar iştirak üçün səfərbər edilir, əllərində gül-çiçək dəstələri tutmuş standart qara kostyumlu, qalstuklu şəxslər sıraya düzülərək sanki yarışa girirlərmiş kimi davranırdılar.

Mavi ekranda onlara baxmaq insanda ayrı bir maraq doğurur, ovqat yaradır. Əksəriyyəti üzdən tanışdır. Hərçənd bunun şəxsi münasibətlərə heç bir aidiyyatı yoxdur.

Bəli, sanki ekranda tanıdıqlarını seyr edirsən. Tanış simaları görməyəndə hətta içində narahatlıq da keçirirsən ki, keçən ilki yekəqarın, bığlı, buxağından yağ daman rəis haradadır görəsən? Bəlkə vəzifəsindən kənarlaşdırılıb, ya həbs edilib, güman min yerə gedir...

Bu il fərqlilik hiss olunur. Artıq yeni simalar gözə dəyir. Ənənəvi məmur standartlarına uyğun gəlməyən, qara kostyumlu, libasını bir ölçü kiçik və dar edən, modern və təhsilli görünüşü ilə diqqət çəkən tipajlar var.

Yeni insanlar, yeni nəfəs, vəzifə borcuna yanaşma fərqliliyi deməkdir. Hər cür yenilik inkişafdır. Obrazlı desək, inkişaf özünü yenilikdə təcəlli etdirir. Qısa kostyumlu məmurların gətirəcəyi yenilikləri səbirsizliklə gözləyirik. Ümidvarıq ki, yenilər nəyisə göstəri, kimin və ya kimlərinsə xoşuna gəlmək üçün etməyəcəklər.

Artıq dövr dəyişir. Məmur-vətəndaş münasibətlərini də dəyişikliyə adekvat qurmağın vaxtıdır. Tam mənada qəbul edilməlidir ki, cəmiyyəti və dövləti inkişafa qarşılıqlı hörmət və etimad mühiti aparacaqdır. Bu isə həm də fədakarlıq deməkdir. Böyük dövlətlər fədakarlıqlarla qurulmuş, məfkurələrlə həyatda qalmışdır.

Ümüd edək ki, gənc məmurların qısa kostyumlardındakı ölçü darlığı onların fəaliyyətinin zəka genişliyi ilə yeniliyin təntənə libasına çevriləcəkdir. Çevriləcəksə, bundan hər birimiz udacağıq.

Müşfiq Məmmədov




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Maraqlı