USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Stalin ABŞ-da inqilab etmək istəyirmiş İDDİA


https://img.baki-baku.az/news/2020/08/photo_299.jpg

Keçmiş sovet diktatoru Stalin ABŞ-da zənci inqilabı həyata keçirmək istəyirmiş. Bu təşəbbüsü reallaşdırmaq yönümündəki ilk addımı isə film çəkmək olub. Filmə 22 qara dərili fəhlə, aktyor, tələbə və yazıçı dəvət edib və onlar Moskvaya gəliblər. Filmdən məqsəd ABŞ-da rasizm zəminində ortaya çıxan vəhşilikləri göstərmək olub. Bu barədə məqalə məşhur «Vaşinqton post»da çıxıb. Məqalə müəllifi 1992-ci ildə Moskva antik mağazasında qara dərili rusun portretinə rast gəlmiş yazıçı və alim Endi Ledin bildirdiklərinə istinad edir. Onun sözlərinə görə, portretdə zənci qəhrəman kimi göstərilib. O zaman satıcılar Ledə bildiriblər ki, şəkildəki klassik rus filmində çəkilmiş Patterson adlı şəxsdir.

E.Led ilk baxışdan qəribə görünən məsələ ilə bağlı araşdırma aparıb və müəyyənləşdirib ki, Stalin ABŞ-da kommunizmin ideallarını ölkədə «qara inqilab» həyata keçirməklə yaymaq istəyirmiş. Hətta bu məqsədlə qara dərili radikallar qrupu da formalaşdırılıbmış. İrqi ayrıseçkilikdən əziyyət çəkən amerikalıları bu qrupda birləşdirmək əsas hədəf imiş. SSRİ-nin cəlbedici bərabərliyi o zaman qara dərili şair Klod Makkeyin, yazıçılar Uilyam Pattersonun və Euylend Radın Moskvaya gəlməsinə səbəb olmuşdu. Zənci müğənni Pol Robson isə 1952-ci ildə Stalin mükafatına layiq görülmüşdü. O, ABŞ Konqressindəki dinləmələrdə demişdi: «Rusiyada mən ilk dəfə olaraq özümü əsl insan kimi hiss etdim. Burada Misisipidəki irqi ayrıseçkilikdən əsər-əlamət yox idi».

«Vaşinqton post» 1932-ci ildə SSRİ-yə gəlmiş qara dərililər üzərində dayanərkən yazıb ki, onların içərisində dizayner Lloyd Patterson və məşhur yazıçı Lenqston Hyuz var idi ki, ikinci sonradan səfəri haqqında kitab da yazmışdı.

O zaman Stalinin filminin çəkilişləri baş tutmamışdı. Filmin bir çox iştirakçıları vətənlərinə geri dönmüşdülər, ancaq Patterson qalmışdı və 1936-cı ildə «Chicago Defender»ə müsahibəsində bildirmişdi ki, diskriminasiya səbəbindən Amerikada öz istedadını göstərmək imkanı yoxdur, SSRİ-də isə bunun üçün geniş meydan var.

L.Patterson SSRİ-də Vera Arlova ilə ailə həyatı qurur və onların üç övladı olur. Həmin övladlardan biri Ceyms sonradan «Sirk» filmində çəkilir. Yeri gəlmişkən bu film də ABŞ-da irqi münasibətlərə həsr olunan ekran əsəri idi. Və məhz Ceymsi yadda saxlayan antik mağaza satıcıları E.Ledə portretdəki şəxsin Ceyms olduğunu bildirmişdilər. Əslində isə şəkildəki onun atası Lloyd idi.

Qeyd edək ki, Lloyd Patterson 1942-ci ildə dünyasını dəyişir. 1990-cı illərdə C.Patterson anası ilə birlikdə ABŞ-a köçür. Hazırda rus və ingilis dillərində şerlər yazmaqla məşğuldur. Onun atasının portreti isə Virginiya Universitetinin Fralin muzeyində «Stalinin kölgəsində: Pattersonlar ailəsi filmdə və yaradıcılıqda» adlı sərgidə nümayiş olunacaq.

Öz tapıntısının üzərindən xeyli müddət keçdikdən sonra E.Ledi hesab edir ki, bu tarix amerikalıları düşünməyə vadar edəcək və keçmişlərini romantikləşdirməkdən uzaqlaşdıracaq. Onlar 1930-cu illərdə qara dərililərin ölkədə necə dəhşətli şəraitdə yaşadıqları barədə düşünəcək və nəticə çıxaracaqlar.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Maraqlı