USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

ABŞ-da yaşayan 95 yaşlı nasist ölkədən Almaniyaya deportasiya olunub


https://img.baki-baku.az/news/2021/02/photo_2951.jpg

ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, Tennessi ştatının 95 yaşlı sakini, nasist Almaniyasında milli azlıqların təqib olunmasında iştirak etmiş Fridrix Karl Berger Almaniyaya deportasiya olunub.

AZƏRTAC xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, əslən Almaniya vətəndaşı olan Fridrix Karl Berger 1945-ci ildə nasist Almaniyasında Noyenqamm şəhərindəki əsir düşərgəsində silahlı nəzarətçi vəzifəsində xidmət edib.

İmmiqrasiya məsələləri üzrə hakim hələ 2020-ci ilin fevralında Bergerin deportasiya edilməsi barədə qərar qəbul etmişdi. Keçən il noyabr ayında apelyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Məhkəmə müəyyən edib ki, Bergerin nəzarətçi kimi xidmət etdiyi Noyenqamm əsir düşərgəsində saxlanan məhbusların ən çoxsaylı qrupları müxtəlif millətlərə mənsub olan SSRİ, Hollandiya və Polşa vətəndaşları idi. Amerika və Avropa arxivlərində saxlanan sənədlər Bergerin təqsirkar olmasını sübut edir.

Hakimin hökmündə göstərilir ki, Noyenqamm düşərgəsindəki məhbuslar dəhşətli şəraitdə saxlanır, 1945-ci ilin qışında açıq havada “taqətdən düşənə və ölənə qədər” işləməyə məcbur edilirdi. Berger nəzarət edirdi ki, məhbuslar iş günü ərzində qaça bilməsinlər. 1945-ci il martın axırlarında müttəfiqlərin qoşunları fəal hücuma keçməyə başlayanda nasistlər bu düşərgəni tərk ediblər.

Məhkəmə müəyyən edib ki, məhbusların Noyenqammdakı əsas düşərgəyə məcburi şəkildə təxliyə olunması zamanı Berger bu prosesə nəzarət edirmiş. Qeyri-insani şəraitdə təqribən iki həftə davam etmiş təxliyə zamanı 70-ə yaxın məhbus həlak olub.




Redaktorun seçimi

Maraqlı