USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NASA-nın beşinci aparatı Marsa enib


https://img.baki-baku.az/news/2021/02/photo_2926.jpg?v=MjAyMS0wMi0xOSAxMDoxMDozNw==

ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib. Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

APA NASA-ya istinadən xəbər verir ki, aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Onun sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Aparatın üç trosla Yezero kraterinə yumşaq şəkildə enməsi gözlənilirdi.

Bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq. Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur.

“Perseverance” kosmik aparatı Marsa enişdən dərhal sonra isə planetdə çəkdiyi ilk fotosunu göndərib.

Aparat 19 fevral tarixində, Bakı vaxtı ilə saat 00:55-də planetə enib, NASA zonddan enişin uğurlu olduğunu göstərən siqnal aldığını bildirib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı