USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qəzzafisiz ötən 10 il: Liviya lideri nəyin qurbanı oldu? - Keçmiş dövlət rəsmisi açıqlayır


https://img.baki-baku.az/news/2021/02/photo_2859.jpg

2011-ci ildə Liviyadakı etiraz aksiyaları və NATO-nun müdaxiləsi Qərb tərəfindən hazırlanmışdı və ölkənin resurslarını ələ keçirmək məqsədi daşıyırdı. "Baki-Baku.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Liviyanın keçmiş lideri Müəmmar Qəzzafi hökumətinin sabiq rəsmi nümayəndəsi Musa İbrahim bildirib. 

Qeyd edək ki, 10 il öncənin bu günü Liviyada ölkəni 40 il idarə etmiş Müəmmar Qəzzafinin istefası tələbi ilə aksiyalar başlandı. Musa İbrahim bildirir ki, hakimiyət lap əvvəldən Liviyaya qarşı qəsdin olduğunu bilirdi və bu barədə "ərəb dünyasındakı və Afrikadakı dostlara" xəbər verilmişdi. "Bu, Qərb ölkələrinin Liviyanı dağıtmaq, nefti ələ keçirmək və strateji vəziyyətdən istifadə etmək üçün planı idi. Onlar öz agentlərini  hərəkətə keçirdilər", - deyə İbrahim vurğulayır. 

M.İbrahimin sözlərinə görə, NATO-nun Liviyaya müdaxiləsinin əsas səsbəblərindən biri də Qəzzafinin Afrikanı Qərb hegemonluğundan qurtarmaq kursu idi. Keçmiş Liviya lideri Mərkəzi Afrika Bankı deyilən qurum yaratmaq istəyirdi. Bu bank Afrikanı dünya maliyyə sistemindən azad edəcəkdi. Qəzzafi planını qitə üçün afro adlanacaq qızıl valyuta ilə gerçəkləşdirməyi düşünürdü. Afro dollara alternativ idi. "Bu isə Qərbdə qorxu yaratdı. Onlar Liviyadan bu proqramı dayandırmağı tələb etdilər. Müəmmar Qəzzafi isə təhdidlərə saymazyana münasibət göstərdi". 

Qəzzafinin devrilməsi və öldürülməsindən sonra Liviyada faktiki olaraq dövlət yoxdur. İndi ölkədə ikihakimiyyətlilik hökm sürür. Şərqdə xalq tərəfindən seçilmiş parlament var, qərbdə, yəni paytaxt Tripolidə isə BMT və Avropa Birliyinin dəstəyi ilə formaşalmış Fayez Sarracın Milli Həmrəylik Hökuməti. Şərq hissə Tripoliyə tabe olmur, marşal Xəlif Həftarın başçılıq etdiyi Liviya Milli Ordusu ilə əməkdaşlıq edir. Birinciləri Türkiyə və Qətər, ikinciləri, yəni Liviya Milli Ordusunu isə Misir və Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir. 

Onu da bildirək ki, BMT-nin təşkilatçılığı ilə keçirilən Liviya siyasi dialoqu forumu bu il fevralın əvvəlində Cenevrədə baş tutdu və orada Liviyanın keçici icra hakimiyyəti seçildi. Bu hakimiyyət ölkəni dekabrın sonundakı seçkilərə qədər idarə edəcək. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı