USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sovet qoşunlarının Əfqanıstanı tərk etməsindən 32 il ötür - Sovet-Əfqan müharibəsinə dair statistika


https://img.baki-baku.az/news/2021/02/photo_2856.jpg

Sovet qoşunlarının Əfqanısatandan çıxarılmasından 32 il ötür. Rəsmi məlumatlara görə, SSRİ-nin müdaxiləsinə qarşı mübarizədə partizanlar və sakinlər də daxil olmaqla təxminən milyon yarım əfqan həlak olub.

Müharibənin aparıldığı 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib. Bu cərgədə həlak olanların, yaralananların, xəstəliklərdən, qəzalardan, bədbəxt hadisələrdən ölənlərin sayı 15.051 nəfərdir. 417 hərbi qulluqçu əsir düşüb ki, onlardan yalnız 130 nəfəri azad edilərək vətənə qayıdıb, 287 hərbçi isə itkin düşmüş sayılır. 

On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onlardan 208-i həlak olub, 7-i itkin düşüb. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

Əfqanların hər il Milli Qurtuluş günü kimi qeyd etdikləri 15 fevral tarixində ölkədə istirahət günüdür. Bəs ötən müddətdə əfqan xalqı dinclik tapa bilibmi?! Xaricilərin ölkədə sülh yaratmaq missiyası uğurla nəticələnibmi?!

Əyani görüntü budur ki, istər Əfqanıstanda ABŞ-ın hərbi müdaxiləsi nəticəsində yaşanan hazırkı situasiya, istərsə də SSRİ qoşunlarının ölkəni işğalı ilə yaranmış durum demək olar, eynidir - aclıq, səfələt, yoxsulluq, özbaşınalıq, narkomaniyanın geniş vüsət alması, hər gün eşidilən güllə səsləri, terror və qətllər…




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Maraqlı