USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sədaqətdən şizofrenliyə və ya alman nasizminin "Hess sifəti"ndəki çatlar - TARİX


https://img.baki-baku.az/news/2021/02/photo_2787.jpg

Böyük Britaniyada Henri Diks adlı hərbi psixiatrın aşkara çıxmış qeydləri İkinci Dünya Müharibəsi zamanı nasistlərin loru desək, beynində nə baş verdiyini öyrənmək baxımdan maraqlı səciyyə daşımaqdadır. Həmin qeydlərdə diqqət çəkən məqam isə Hitlerin "vuran əllərindən" sayılan Rudolf Hesslə bağlı bilgilərin qabardılmasıdır.

Təsvir olunur ki, yağışlı bir yay günü - 1941-ci ilin iyunun 2-də həkim H.Diks "Mİ-5" ingilis kəşfiyyatının Böyük Britaniyanın Sarrey qraflığında yerləşən həbsxanasına gətirilib. O, burada saxlanılan Rudolf Hessi müayinə etməli imiş. Nasist Almaniyasında Adolf Hitlerdən və German Gerinqdən sonra üçüncü postu tutmuş adamla söhbətləşmək üçün gəlmiş həkimi ikinci mərtəbəyə qaldırıb möhkəm qorunan otağa salıblar. 

Hessin məntiqini və Hitlerə sədaqətinin mahiyyətini başa düşmək istəyən həkim düşünürdü ki, bu yolla bütövlükdə alman rəhbərliyinin nə istədiyini anlaya biləcək. Çünki alman komandanlığının nasist ideologiyasına sədaqəti kütləvi psixoz (dəlilik) kimi görünürdü.

Şizofreniya tipli psixopat

Mətbuatda Hess inadkar cavan kimi təsvir edilirdi. Dövrün fotolarında da çox vaxt Hitlerin yanında görünürdü. Amma bu illüziyalar tezliklə dağıldı – canlı Hess başqa təəssüratlar oyatdı. Hər halda ona diqqət yetirmiş həkim belə düşünür. “İlk təəssüratım - o, şübhəsiz, şizofreniyalı psixopat tipidir. Qəzetdəki şəkillərindən fərqli olaraq, üzü təqib olunmuş vəhşi heyvanın sifətinə oxşayır. Elə bil, canavar ya da meymun bənizidir. Halbuki gəncliyində ola bilər, görkəmli olub”, - deyə Diks qeydlərində yazır. Həkimi təəccübləndirən daha bir məqam isə Hessin ingilislərdən heyranlıqla danışması olub. Baxmayaraq ki, hərbi üstünlük o vaxt Almaniyanın tərəfində idi, Diksin fikrincə, nasistlər ingilislərdən qorxurlarmış: “Onlar bizə həmişə həsəd aparıb, bizi təqlid etməyə çalışıblar - yaşayış tərzində, geyim-kecimdə, dəqiqlikdə və s. Onlar ən azından, qismən də olsa, qeyri-ixtiyari olaraq bizi sevirlər. Bizə hiddətlə və qeyzlə çatmaq istəyirlər”.

H.Diksə görə, məhz ingilislərə rəğbət Hessi 1940-cı ilin mayın 10-da guya sülh sazişi bağlamaq üçün Şotlandiyaya, özü də təkcə uçmağa vadar edib (Hess Britaniyaya sülh sazişi bağlamaq üçün gəldiyini deyirmiş). Qeyd edək ki, Hitler vaxtilə Hessin səfərinin məqsədinin ona bəlli olmadığını bildirmişdi. Üstəlik nasist partiyası tezliklə reyxsfürerin müavinini dəli də adlandırmışdı. Bəzi tarixçilər isə deyirlər ki, Hess Şotlandiyaya getməklə əslində SSRİ-yə hücum ərəfəsində iki cəbhədə vuruşmamaq üçün ingilislərlə saziş bağlamaq istəyən fürerin iradəsini yerinə yetirib.

Nasistlərin dəlilləri

Hessi dindirmək, müayinə etmək nasistlərin nəyə istinad etdiyini öyrənməyə, Ekseter Universitetinin professoru Riçard Overinin təbirincə desək, “sərsəmliyin kökünü qazmağa” imkan verirdi. “Elə bilirəm, məsələn, divanda uzanmış Hitlerin dediklərini başa düşmək bəziləri üçün olduqca vacib idi. Onda təsəvvür etmək olardı ki, o, özünü niyə məhz belə apara bilər”, - deyən Diks vurğulayıb ki, Şotlandiyada həbs olunandan sonra Hess özündən çıxıb, məhbus rəftarına məruz qalmasından əsəbləşib, ölkəyə sülh elçisi olaraq gəldiyindən danışıbmış. Sən demə nasist Almaniyasının üçüncü şəxsi tələb edirmiş ki, onu Britaniya hökumətinin yüksək nümayəndələri ilə görüşdürsünlər. Maraqlıdır ki, ingilislər Hessin istəyini özlərinə məxsus şəkildə yerinə yetiriblər. Hökumət qiymətli bildiyi əsirlə “oynamağı” qərara alıb və 1941-ci il iyunun 10-da lord-kansler Con Simon onunla görüşüb. 

Həmin görüşdən qabaq Diks Hessin yüksək həyəcan içərisində olduğunu sezib. Həkim bu halı ingilislərin əhatəsində şüuraltı olaraq təhqir olunma hissi kimi dəyərləndirib. Lord Simon vitse-fürerin sülh təklifini rədd edəndən sonra Diks qorxmağa başlayıb ki, “xəstə”nin davranışı nəzarətdən çıxa bilər. Narahatlığı həqiqətənn də təsdiqini tapıb. Belə ki, bir neçə gün sonra Hess Dikslə görüşmək istədiyini bildirib, sonra isə guya özü psixiatrın yanına gedərkən ayağını sındırıb. Əslində isə pilləkənin məhəccərindən atılmaq istəyibmiş.

Əlbəttə, həmin hadisədən sonra Hess sağalıb, amma qəribə davranışı Britaniya həbsxana gözətçilərini təəccübləndirməkdə davam edib. Zarafat deyildi, həmin vaxtadək Hitlerə köpək kimi sədaqətli olub. Hətta başqa keyfiyyəti deyil, məhz sədaqəti sayəsində nasist Almaniyasında yüksək vəzifə tutduğu bildirilirmiş.

İngiltərəyə meyl

Müxtəlif zabitlərə dediyi və mayor Folinin məruzələrində qeydə alınmış fikirlərindən bəlli olur ki, Hessin təhtəlşüurunda İngiltərə meyli getdikcə daha qabarıq görünür. Bu məqama Diks də diqqət yetirir: “Ola bilsin, bu, ingilis xəbərlərini bilmək və dövri mətbuatla tanış olmaq üçün ona imkan verilməsinə yönələn düşünülmüş qərarı idi. Ola bilər istəyirdi ki, düşüncələrini mayor Foli və digər zabitlərlə müzakirə etsin. İşin belə gedişatı isə Hessin illüziyalarını axıra qədər öyrənməyə imkan verdi”.

Amma London Universitetinin müəllimi Cessika Reynişə görə, professor Diksin Hessi inandırmağa və Hitlerə sitayişdən uzaqlaşdırmağa inanması o dövrün psixiatrı üçün gözlənilməz nikbinlikdir. Çünki həkim həmkarlarının bir çoxu mövcud istiqamətdəki əlverişli nəticəyə ümid bəsləmirdilər. Hətta o dövrün akademik dairələrində yayılmış fikirlərdə belə almanların mentalitetdə möhkəmlikləri, avtoritarlıqları və millətçilikləri qabardılırdı.

“Diks Hesslə özünün ünsiyyət təcrübəsindən ingilis hərbi əsiri ilə danışırmış kimi istifadə edib. Göstərmək istəyib ki, bu təcrübəni Almaniyanın yeni rəhbərliyində yüksək vəzifələrə namizədlər seçmək üçün birbaşa tətbiq etmək olar”. Bunu Reyniş yazır. Diksin əvvəllər heç yerdə çap olunmayan qeydlərini üzə çıxaran Londondakı Berbek Kollecinin professoru Daniel Pik isə bu fikirdədir ki, britaniyalı həkimlər nasistlərin rəhbərlərinə şüursuz, fanatikcəsinə sitayişinə təsir göstərməyin daha geniş yollarına dair bilgi əldə etməyi həmişə düşünüblər. Amma bu barədə təqdiqatları təkcə ingilislər aparmayıblar. Psixiatrların Hessin müayinəsini reallaşdırdıqları dönəmdə ABŞ-ın xüsusi xidmət orqanları başqa psixoanalitikə Hitlerin beyninin tədqiqini tapşırıblarmış.

1942-ci ildə Hess öz əvvəlki məhbus statusu ilə Aberqaven hərbi hospitalına köçürülüb və müharibənin axırına qədər burada qalıb. Nürnberq prosesində Hess ömürlük həbs cəzasına məhkum olunub. Həmin vaxt çoxları belə hesab edirdi ki, psixi xəstə olan keçmiş vitse-fürerin səhhəti onun ittihamına yol vermir. Sonralar hətta baş nazir Uinston Çörçil də deyirdi ki, Hessin işi cinayət məcəlləsindən çox tibbə aiddir. Diks də bunu təsdiqləyərk bildirir ki, Hessi görənlərin heç biri onun keçmiş qüdrətinə inanmırmış. “Görənlərin ona yazığı gəlirdi. Heç bir təhlükəsi yox idi. Həmişə hiss edirdik ki, həyatda ağır zərbə almış zavallı bir adamdır”.

Hess 1987-ci ildə həbsxanada dünyasını dəyişib. Ölümün səbəbinin özünəqəsd olduğu bildirilsə də, məsələ ətrafında müxtəlif fərziyyələr də dolaşmaqdadır. Çox maraqlıdır ki, 97 yaşlı qocanı müttəfiqlərinin öldürdüyü də vurğulanır.

"Baki-Baku.az"




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Maraqlı