USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirus dövründə cinsi münasibətlər - araşdırma nəticəsi


https://img.baki-baku.az/news/2021/02/photo_2742.jpg

Belə güman etmək olardı ki, koronavirus böhranı zamanı insanlar öz partnyorları ilə hər gün evdə oturacaqlar. Amma məlum oldu ki, onlar yalnız oturmaqla kifayətlənmirlər, sekslə məşğul olurlar. "Baki-Baku.az" xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşrində yer almış araşdırma materialda söz açılır. 

Materialda bildirilir ki, seksoloqlar korornavirusun Almaniyadakı cütlüklərə təsirini öyrənmək üçün tədqiqat aparıblar və belə nəticəyə gəliblər ki, böhran seksual aktivliyi gücləndirib. Almanlar sərt qapanma rejimində bir-biriləri ilə daha çox yatıblar. Hesablamalara görə, seksual aktivlik 50 faizdən çox artıb.

Araşdırma müəllifləri fikirlərini əsaslandırmaq üçün sıravi almanların daha çox aldıqları əşyalara da diqqət yetiriblər. Məlum olub ki, almanlar tualet kağızı və prezervativə üstünlük veriblər. Maraqlıdır ki, bu sırada seks oyuncaqlar da var. Məlumata görə, seks oyuncaqlara tələbat xüsusən də ikinci lokdaun zamanı daha artıq olub. Belə ki, 2020-ci ilin dekabrında onlar aprel və may ayları ilə müqayisədə 170 faiz çox çox satılıblar. 

Seksoloqlarının diqqət yetirdikləri daha bir məqam var. Onlar bildirirlər ki, pandemiya dövründə ümumən sevgi münasibətlərində artım qeydə alınıb. Məsələnin izahı belədir: sevgi və seksual həyat insanı özünü təhlükəsiz hiss etmək imkanıdır. Belə ki, müharibələr zamanı da insanlar seksual yaxınlığa can atırlar. 

Ancaq alman alimlər bir məqama da diqqət yetirirlər. Əgər cütlüklər arasında münasibətlər yaxşı olmayıbsa, koronavirus qapanması dövründə daha da pisləşmə qeydə alınıb. Yox əgər, müəyyən soyuqluq müşahidə edilibsə, pandemiya imkan verib ki, həmin soyuqluq aradan qalxsın və seksual münasibətlər yüksək səviyyədə qurulsun. 

"Pandemiya zamanı insanların əksəriyyəti üçün düşünmək imkanı olub. Onlar özlərinə suallar verib və tələsmədən cavablar da müəyyənləşdiriblər. Nəticə etibarilə çox düşünüb, hərtərəfli götür-qoy etdikdən sonra onlarda özlərindən arxayınlıq, razılıq yaranıb. Bu məmnunluq hissi isə seksual həyat baxımından olduqca vacib təməldir", - deyə "Die Welt" qeyd edir. Nəşr eyni zamanda müxtəlif alimlərin fikirlərini qruplaşdıraraq belə qənaətə gəlir ki, insanlar seksual həyatın düzgün qurulmasını istəyirlərsə, mütləq sağlam həyat tərzi keçirməli, avaralıqdan uzaq dayanmalı, səhər yuxudan tez oyanmalıdırlar. 




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Maraqlı