USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dahilərdən axmaq suallara ağıllı cavablar


https://img.baki-baku.az/news/2021/02/photo_2741.jpg

Rəqiblərindən biri qulaqlarının böyüklüyü ilə tanınan Qalileyə deyir:

- Qulaqlarınız insana görə bir az böyük deyilmi?

Qaliley cavab verir:

-Düzdür. Mənim qulaqlarım insana görə bir az böyükdür, amma səninkilər uzunqulağa görə çox kiçik deyilmi?

Napoleon müharibədə İspaniyanı məğlub etmişdi. İspaniya kralı “Siz ancaq pul və var-dövlət üçün döyüşürsünüz, biz isə namusumuz və şərəfimiz üçün”, - deyir.

Napoleon belə cavab verir:

- Əlbəttə, dogrudur, insanın nəyi əskikdirsə, onun üçün döyüşür.

Sokrat ölümə məhkum ediləndə yoldaşı “Haqsız yerə öldürürsünüz” deyə ağlamağa başlayanda dahi mütəfəkkir tez cavab verir:

-Nə danışdığını bilirsən? Haqlı yerə öldürüləydim?

İngilis dövlət xadimi Uinston Çörçil çıxış edən zaman, müxalif partiyadan olan qadın millət vəkili ona əsəbi şəkildə səslənir:

- Əgər arvadınız olsaydım, qəhvənizə zəhər qarışdırardım.

Çörçil sakit tərzdə qadına tərəf çevrilərək belə deyir:

- Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni böyük məmnuniyyətlə içərdim.

Fateh Sultan Mehmeddən soruşurlar:

- İstanbulu nə üçün fəth etdin?

Fateh cavab verir:

- Birinci o mənim qəlbimi fəth etdiyi üçün!

Çox kök olan Yəhya Kamal yoxuş üzü yuxarı addımlayaraq restoranın qarşısında ayaq saxlayıb istirahət etmək istəyir. İçəridən ofisiant çıxaraq ona yaxınlaşıb soruşur.

- Buyurun, nə almaq istəyirsiniz?

Yəhya Kamal gülümsünərək deyir:

-Oğlum, icazə versən, bir az nəfəs alacam.

Şagirdlərindən biri Konfutsidən "ölüm nədir?" deyə soruşanda filosof belə cavab verir:

- Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim.

Dünyanın naz-nemətində gözü olmayan, yaşam tərzi və fəlsəfəsi ilə məşhur olan Diogen bir gün dar küçədə zənginliyindən başqa heç nəyi olmayan təkəbbürlü adamla üz-üzə çıxır. İkisindən biri kənara çəkilməsə, yolu keçmək mümkün olmayacaq. Məğrur zəngin yuxarıdan aşağı baxdığı filosofa deyir: "Mən bir avaranın qabağından geri çəkilmərəm".

Diogen isə qırağa çəkilərək çox sakit tərzdə deyir:

- Mən çəkilərəm.

İrlandiyalı yazıçı Bernard Şou ilə İngiltərənini dövlət xadimi Uinston Çörçil yola getmirdilər, tez-tez bir-birinə söz atırdılar. Şou Çörçili tamaşasının premyerasına dəvət edir və dəvətnaməyə kompas qoyur. "Sizə iki nəfərlik dəvətnamə göndərirəm. Bir dostunuzu götürüb gələ bilərsiniz. Təbii dostunuz varsa".

Çörçil dərhal cavab göndərir: "Təəssüf ki, o gecə başqa bir yerə söz verdiyim üçün tamaşanızı izləməyə gələ bilməyəcəyəm. Bir gün sonra gələ bilərəm, əgər tamaşanız ikinci gün də davam edərsə".

Yavuz Sultan Səlim səfərlərini gizli saxlayarmış. Vəzirlərdən biri də təkidlə hara səfərə getdiyini öyrənməyə çalışırmış. Yavuz ondan soruşur.

- Sən sirr saxlaya bilərsən?

- Bəli hökmdarım, saxlaya bilirəm.

Yavuz cavab verir:

- Mən də.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Maraqlı