USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Olimpiya Oyunlarının pərdəarxası məqamları


https://img.baki-baku.az/news/2021/02/photo_2732.jpg?v=MjAyMS0wMi0wNSAxNDozODoyMA==

Yay Olimpiya Oyunları dünyanın ən böyük idman hadisəsidir. Ona diqqət o qədər böyükdür ki, dünya oyunlarla əlaqədar pərdəarxası məqamlara o qədər də önəm vermir. Halbuki həmin məqamların özü də az maraqlı sayılmır. Beləliklə olimpiadanın beş pərdəarxası tərəfindən söhbət açaq və öncə beşincidən başlayaq.

Olimpiya kəndi, yoxsa SEKSİLVANİYA

Hər bir olimpiya oyunlarında idmançılar olimpiya kəndi adlandırılan çox da böyük olmayan məhəllədə yaşayırlar. Bu yeri Seksilvaniya və ya ifrat pozğunluq məntəqəsi də adlandırmaq mümkündür. Doğrudan da, olimpiya kəndləri seksual dözümsüzlük mərkəzləridir.

Təsəvvür edin ki, fiziki göstəricilərinin yüksək səviyyədə olduğu gənclərin bir yerə toplaşdığı şəhər. Onlar həyatlarının əhəmiyyətli hissəsini gərginlik altında keçirdikdən sonra nəhayət ki, bu balaca şəhərdə bir neçə həftəlik də olsa, rahatlıq tapırlar. Əlbəttə, bu rahatlıq dinclik sayıla bilməz.

Sayları təxminən 10 mindir. Yanlarında nə valideynləri, nə həyat yoldaşları var. Hər hansı ciddi rejimdən uzaq şəkildə ekzotik məkandan zövq alırlar. Asudə vaxtları da kifayət qədər çoxdur. Bir balaca sirri də açaq: 1988-ci ilin Seul (Cənubi Koreya) olimpiadasında Britaniya idmançılarının yaşadıqları evlərin damında o qədər çox istifadə olunmuş prezervativ tapılmışdı ki, o zaman olimpiya assosiasiyası kəndin küçələrində sekslə məşğul olmağı yasaqlamışdı. Bir anlığa düşünək görək, yerdə nə qədər prezervativ olmalı idi ki, bu cür qərar verilsin.

1992-ci il olimpiadasında təşkilatçılar belə desək, kənddəki seksdən o dərəcədə ciddi narahat olmuşdular ki, axırda pulsuz prezervativlər paylamaq məcburiyyətində qalmışdılar. Məqsəd isə sadəcə AİDS xəstəliyinin yayılması riskini aradan qaldırmaq olmuşdu. Müqayisə üçün deyək ki, 2010-cu ilin Vankuver qış olimpiya oyunlarında idmançılara və idman məmurlarına 100 min prezervativ paylanmışdı. Amma bu, AZLIQ ETMİŞDİ və tezliklə çatışmazlıq aradan qaldırılmışdı. Hesablamalara görə, orada sekslə prezervativsiz məşğul olanlar da çox olmuşdu. Mövcud mənada pozğunluğun geniş vüsət aldığı Las-veqas da olimpiya kəndi ilə müqayisədə qat-qat geri qalır.

Polis dövlətinə çevrilmək

Olimpiadanın hədsiz məsrəflərini qarşılamaq üçün təşkilatçılar dünya miqyasında tanınmış hamilərə ehtiyac duyurlar. Ev sahibləri kimi onlar iri brendlərə öz mallarını satmaq icazəsini vermək hüququna malikdirlər. Xırda ticarətlə məşğul olanlar heç bir halda olimpiadanın üstünlüklərindən yararlana bilməzlər. Belə ki, onlar əgər hətta bilməyərəkdən olsa belə, özlərinin reklamlarında "olimpiya", "oyunlar", "qızıl", "gümüş", "bürünc" və digər bu qəbildən olan sözləri işlətsələr, dərhal cərimələnirlər. Məsələn, Londonda bununla bağlı cərimə 30 min dollar təşkil edir. Çoxları mövcud prosedurun tətbiqini düzgün olmayan addım kimi dəyərləndirirlər. Amman nə faydası, olimpiya oyunlarında belə bir deyim var - azad şəkildə fikir bildirərək etiraza ümid bəsləmə. Çünki təşkilatçılar hesab edirlər ki, ölkəni müflisləşmədən qurtarmaq üçün sərt inzibati amirlikdən başqa yol yoxdur. Əlbəttə, heç kəs 2004-cü ilin yay olimpiya oyunlarının keçirildiyi Yunanıstanın gününə düşmək istəmir. Nəzərə alınır ki, bu ölkə oyunlardan sonra hələ də özünə gələ bilmir.

Beynəlxalq Olimpiya Komitəsi də nüfuzlu yarışmanın keçirildiyi məkanın xüsusi hüquqlar qazanmasına çalışır. Əksər hallarda mövcud imtiyazlar təkcə yerli qanunların pozulmasına deyil, ümumilikdə söz və mətbuat azadlığı, azad sahibkarlıqla bağlı dəyərlərə də kölgə salınmasına gətirir. Məsələn, Londonda bağlanan biznes müqavilələri paytaxtdakı reklam lövhələrinin şəhərin rəhbərliyi tərəfindən icarəyə verilməsini və ondan istifadənin yalnız olimpiya oyunlarının rəsmi sponsorları tərəfindən mümkünlüyünü müəyyənləşdirir. Əgər kimsə, başqa cür hərəkət etməyə çalışsa, davranışı hüquq pozuntusu faktı kimi dəyərləndiriləcək. Onu da deyək, vaxtilə Britaniya polisi hətta evlərə daxil olmaq və eyvanda asılmış olimpiya lövhələrini yığışdırmaq hüququna malikdir.

Olimpiya oyunları və müflislik

Olimpiya oyunlarının keçirildiyi bütün şəhərlər zibillik meydanını xatırladır. Amma maraqlıdır ki, dördilliyin ən mühüm hadisəsinin təşkilatçısı statusunun qazanılması bunu bacaran şəhərin dünyanın ən gözəl məkanı olduğundan xəbər verir. Üstəlik təşkilatçı şəhərin adı on illərlə dillərdə əzbər olur. Bundan böyük divident varmı? Əlbəttə, nüfuz üçün pul xərcləməlisən. Bəzən isə haqq-hesab ölkənin iqtisadiyyatı bahasına ödənilir. Haqqında bəhs etdiyimiz Yunanıstan üçün bu hesab çox ağır oldu.

Yeri gəlmişkən, deyək ki, 2004-cü il olimpiya oyunlarının təşkilatçısı üçün ilkin büdcə 4,5 milyard avro miqdarında dəyərləndirilirdi. Lakin real vəziyyət daha böyük vəsaitə ehtiyac duyulduğunu göstərdi. Üzərindən 17 il keçməsinə baxmayaraq, Yunanıstan hələ də ayağa qalxa bilməyib. Bu mənada Vankuverin də vəziyyəti heç də ürəkaçan olmayıb.

Qış olimpiya oyunlarının baş tutduğu Naqano şəhərində vergi yükü buranın hər sakini üçün 30 min dollar təşkil edirdi. Amma bu maliyyə qəzaları Monrealla müqayisədə heç nə idi (Yunanıstandan sonra). Orada olimpiya stadionunun tam tikintisi olimpiadanın başa çatmasından 11 il sonra yekunlaşmışdı. Ümumilikdə 1976-ci ilin mühüm idman hadisəsinin borclarını tamamilə bağlamaq 30 il çəkmişdi. Buna görə də olimpiya oyunlarına evsahibliyindən öncədən imtina edənlər var. Məsələn, İsveçrənin paytaxtı Bern 2010-cu ildə olimpiya oyunlarını təşkilatçılığından daşındığını bəyan etmişdi. Eyni addımı 1977-ci ildə Detroyt rəhbərliyi atmışdı. Bu mənada bir neçə ay öncə isə Romanın 2020-ci ilin yay olimpiya oyunlarının təşkilatçılığından imtinası da sıradan hadisə sayıla bilməz. Deməli, hər şeyi ölçüb-biçmək lazımdır.

Kim çox pul versə…

Olimpya oyunlarını keçirmək üçün ərizə vermək və evsahibliyi hüququnu qazanmaq çox çətindir. Təkcə "bizdə daha evsizlər yoxdur. Bizdə hamı xöşbəxt və gözəl yaşayır" imicini formalaşdırmaq üçün xeyli əziyyət çəkmək lazım gəlir. Beynəlxalq Olimpiya Komitəsi hər şeyi - şəhərdəki idman qurğularının vəziyyətindən tutmuş nəqliyyat infrastrukturunun vəziyyətinədək, hətta insanların olimpiadaya münasibətini də yoxlayır. Sizə məlumdurmu ki, 2012-ci ilin Yay Olimpiya oyunlarını keçirmək hüququ nə üçün Parisə verilmədi? O səbəbdən ki, BOK nümayəndələrinin şəhərə gəldiyi vaxt orada ümumi tətil keçirilmişdi və nəqliyyat işləmirdi.

Bəli, BOK təmsilçilərini inandırmaq üçün çoxlu pullar xərclənir. Məsələn, məlum olub ki, 1998-ci ilin Naqano Qış Olimpiya Oyunları zamanı bunun üçün təxminən 50-60 min dollar xərclənib. Əgər Solt-Leyk-Sitidə təşkilatçılar BOK üzvlərinə hədiyyə kimi ucuz fotoaparatlar vermişdilərsə, yaponlar Naqanoda bahalı video-kameralardan keçmişdilər. Onlar orta hesabla bunun üçün 5,7 min dollar xərcləmişdilər. Yekunda Naqanonun necə deyərlər, inandırma xərclərinə 24 milyon dollar getmişdi.

Kasıb adamları kürüyürlər ki, yer boşalsın

İdman qurğularının, yeni məhəllələrin tikintisi üçün əsasən kasıbların məskunlaşdıqları yerlərdən istifadə olunur. 1996-cı ilin olimpiya oyunları zamanı Atlantadan 30 min adam çıxarılıb. 1988-ci ildə Seulda isə evlərindən didərgin salınanların sayı 720 min olmuşdu. Hakimiyyət çalışırdı ki, evsizləri gözdən uzaq yerlərə daşısın. Bu mənada heç bir yer Pekinlə müqayisə oluna bilməz. 2008-ci ilin olimpiadasında şəhərdə evindən çıxarılanların sayı bir milyon yarım olmuşdu.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Maraqlı