USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda "SPAYKA" qalmaqalı - soyuduculardakı cəsədlərlə bağlı siyasi təfərrüatlar


https://img.baki-baku.az/news/2021/01/photo_2605.jpg

Ermənistanda Metsamor morqunun yaxınlığında üzərində "SPAYKA" yazılmış qoşqu soyuducularda Qarabağ müharibəsində həlak olmuş hərbçilərin cəsədlərinin qalıqları saxlanılır. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı "Mediaport" teleqram kanalı yayıb. Bu məlumat isə bütövlükdə Ermənistanın müxtəlif internet resurslarında paylaşılıb. 

"Mediaport" bildirir ki, soyuducularda saxlanılan cəsədlərin tanınması həyata keçirilməyib. Eyni zamanda o da bildirilir ki, "SPAYKA" firması ilə əlaqə nəticəsində soyuducuların Müdafiə Nazirliyinin ehtiyacları üçün verildiyi də təsdiqlənib. 

Qeyd edək ki, hələ müharibə dövründə Ermənistan ordusunun hərbçilərinin cəsədlərinin xüsusi soyuducularda saxlanıldığı, onların ailələlərinə verilmədiyi bildirlirdi. Hətta vurğulanırdı ki, yalnız Xankəndi yaxınlığında 20-dək qoşqu soyuducu saxlanılır və onların hər birinin içərisi tam şəkildə meyitlərlə doludur. Onların ailələrinin verilməməsinin səbəbi kimi cəmiyyətdə təşviş yaradılmaması əsas götürülürdü.

Yeri gəlmişkən, Ermənistanın yeni təyin edilmiş səhiyyə naziri Anait Avanesyan ölkə parlamentinin ötən həftə keçirilmiş iclasından sonra jurnalistlərin Qarabağ müharibəsində şəxsiyyəti müəyyənləşdirilməmiş hərbçilərlə bağlı suallarını cavanlandırarkən indiyədək 3450 cəsədin üzərində ekspertiza aparıldığını dilə gətirib. O, hər gün 30 həlak olan şəxsin şəxsiyyətinin müəyyənləşdirildiyini də diqqətə çatdırıb. Nazir "şəxsiyyəti müəyyənləşdirilməmiş hələ nə qədər cəsəd var?" sualına cavabında konkret rəqəm söyləməyə çətinlik çəkdiyini deyib. Yalnız bir qədər qeyri-müəyyən tərzdə bildirib ki, bu istiqamətdəki prosesin tempi güclənib. 

Onu da qeyd edək ki, sözügedən məsələ Ermənistanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bir neçə gün öncə keçirilmiş müzakirədə də qaldırılıb. "Biz ictimaiyyətin diqqətinə hakimiyyətin ört-basdır etmək istədiyi və gizlətdiyi məsələləri çatdırmalıyıq", - deyən tanınmış rejissor Ruben Ovannisyan böyük itkinin cəmiyyətdə doğuracağı ajiotajın qarşısını almaq üçün cəsədlərin morqlarda saxlanıldığını vurğulayıb. O, bu fikrini artıq neçənci dəfədir təkrarlayır. 

"Baki-Baku.az"




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Maraqlı