USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qorbaçov həyat yoldaşı Raisanın Andropovla görüşünü özü təşkil edirmiş - İDDİA


https://img.baki-baku.az/news/2021/01/photo_2532.jpg?v=MjAyMS0wMS0yMSAxNjozMzoyNw==

Qərbdə sabahın siyasi hadisələrini bu gündən görmə potensialına malik şəxs kimi dəyərləndirilən İlya Osadçuk «Xvilya» nəşrinin «İlya Osadçukla tarixi faktlar» silsiləsindən növbəti müsabihəsində bildirmişdi ki, keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun hakimiyyət eşelonunun yüksək qatlarına doğru irəliləməsindən həyat yoldaşı Raisa Maksimovnanın köməyi olub. Əlbəttə, buna kömək demək olarsa.

İ.Osadçuk ötən əsrin 80-ci illərinin hadisələrinə nəzər salarkən həmin vaxt Stavrapol vilayətinin ikinci katibi postunu tutmuş Viktor Kazneçevlə dostluq münasibətlərində olduğunu bildirib. O Kaznaçev ki, sonradan səhiyyə naziri təyin edilmişdi. Buna qədər isə o, Osadçuka Qorbaçovun mənəvi anlamda dözülməz sayılan hərəkətə yol verdiyindən danışmış.

Əvvəla, M.Qorbaçov hələ sovet dövründə gizli spirt zavoduna malik imiş. İkincisi isə sabiq SSRİ rəhbərinin həyat yoldaşı Raisa Maksimovna bir vaxtlar SSRİ-yə rəhbərlik etmiş Andropovla yaxın münasibətlərdə imiş və nə qədər qəribə səslənsə də, bu əlaqələr Qorbaçovun özünün vasitəçiliyi ilə baş verirmiş. Osadçukun sözlərinə görə, Qorbaçov Andropovun Pyatiqorska sanatoriyaya dincəlmək üçün gələcəyindən öncədən xəbər tuturmuş. Bu barədə V.Kaznaçevi xəbərdar edirmiş və ondan Raisanı bir həftəlik Andropovun qaldığı yerə aparmağı istəyirmiş ki, rəhbər darıxmasın (?). Təbii ki, Mixailin sonradan daha "irəliyə getməsi" bu şərəfsiz metodun lazımınca işlədiyini təsdiqlədi.

“Yenidənqurma” dövrünün hakimiyyət çevrilişindən danışan Osadçuk bildirib ki, 1991-ci ilin avqustunda “QKÇP”ni  Qorbaçovu özü törədib: “Çevriliş məhz Qorbaçovun özünə lazım idi. Daha doğrusu, onun Qərb tərəfdaşlarına. Bu barədə müsahibələrimdən sonra Raisa Qorbaçova mənim çıxdaş olunmağım haqqında göstəriş verdi. Məsələ barədə “doqquzun” rəis müavininin özündən eşitdim. Amma imkan tapmadılar. Sonrakı proseslər onların qurduğu ssenari üzrə getmədi”.

Osadçuk müsahibəsində SSRİ rəhbərlərindən olan Çernenkonun ölümü məsələsinə də toxunulub. O, “deyilənlərə görə, Çernenkonun zəhərlənməsi üçün Qorbaçov “KQB”-nin sədri Fedorçuka göstəriş veribmiş. Bu, doğrudur?” sualını belə cavablandırıb: “Fedorçukun Soçidən balıq gətirməsi və Çernenkonun onu yeməsi tarixi faktdır. Doğrudan da, məhz həmin hadisədən sonra Çernenkonun vəziyyəti pisləşdi. Amma bu gün heç kəs deyə bilməz ki, ölümə səbəb məhz balıq oldu”.

Baki-Baku.az




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı