USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İnsan kirayəsi – dost, sevgili olmaq, hətta yasda ağlamaq üçün


https://img.baki-baku.az/news/2021/01/photo_2314.jpg

Belə bir deyim var - xoşbəxtliyi pulla ala bilməzsən. Amma yaponlar görünür, bunun əksini sübut etmək niyyətindədirlər. Bu baxımdan İsii Yutinin qurduğu firma özünəməxsus rol oynamaqdadır. Onun “Family Romance” adlı firmasında insanlar özləri üçün insan kirayə edirlər. Bu insan isə ən müxtəlif rollarda çıxış edə bilir. İstəsən firmadan sevgili, uşaq, dost, hətta yaxın qohumun yas mərasimində ağlayan da kirayəyə götürə bilərsən. Yeri gəlmişkən, pandemiyaya qədər sonuncu metoddan Azərbaycanda da istifadə edilirdi. Varlı adamlar dostlarına, yaxınlarına, biznes ortaqlarına və iş yoldaşlarına özlərinin qohumcanlı, nəsildə sayılıb-seçilən olduğunu göstərmək üçün yas mərasimlərinə işi ancaq ehsan yemək olan adamlar tuturdular. Deyilənə görə, bunun üçün xüsusi briqadalar fəaliyyət göstərirdi. Onlar bir yasdan çıxıb o biri yasda yeməyə gedir, həm də pul qazanırdılar. Koronavirus dövründə adamlar indi nə edirlər, çox maraqlıdır...

Nə isə, mətləbdən çox uzaqlaşmayaraq “Family Romance”ın iş prinsipinə köklənək. Deməli, firmanın artıq 10 yaşı var. Orada çalışanlar başlıca olaraq psixoloqlardır və təmasda olduqları insanların nəyə ehtiyac duyduqlarını öncədən müəyyənləşdirə bilirlər.

İsii Yuti psixoloqlarla yanaşı, ətrafına aktyorları da yığıb. Hər yaşda aktyor var – 7 yaşdan tutmuş qocalara qədər. İşçilərinin ümumi sayı 800-dən çoxdur. Firma hər ay orta hesabla 250 nəfərə xidmət göstərir.

Ancaq “Family Romance”ın özünün qadağaları da var. Bunlardan ən mühümü odur ki, firma heç bir halda intim xidmət göstərmir.

Qeyd edək ki, “Family Romance”ın fəaliyyət xüsusiyyətlərinin ayrı-ayrı detalları ilə buradan tanış ola bilərsiniz.

"Baki-Baku.az"




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı