USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünyanın hazırda qüvvədə olan 15 ən axmaq qanunu - Maraqlı


https://img.baki-baku.az/news/2020/12/photo_2151.jpg?v=MjAyMC0xMi0xNyAxMDo1NjoxMw==

Onları kim və hansı ağılla ortaya çıxarıb, olduqca müəmmalıdır. Eləcə də hansı şəraitin məhsulu olmaları maraqlıdır. Amma onlar var və bəşər sivilizasiyasının müxtəlif dövrlərində bəlkə indikindən daha işlək vəziyyətdə olublar. Söhbət tarixin müəyyən mərhələlərində bəlli zərurətlər əsasında yazılmış və heç kim tərəfindən aradan qaldırılmayan ən axmaq qanunlardan gedir. Həmin qanunların 15 ən seçilmişi barədə danışacağıq. Ancaq belə sənədlərin sayı daha çox ola bilərdi. Fikrimizi əsaslandırmaq üçün ondan başlayaq ki, 2013-cü ilin əvvəllərinədək ABŞ-ın Misisipi ştatında quldarlıq rəsmən ləğv edilməmişdi. Sən demə, 1865-ci ildə Birləşmiş Ştatlar Konqresi ölkə konstitusiyasına düzəliş edəndən sonra həmin vaxta qədərki status-kvonu dəyişmək üçün bəzi formal qaydaların həyata keçirilməsi yaddan çıxıbmış. Belə bir rüsvayçılığın aradan qaldırılması üçün "Linkoln" filmindən sonra baş vermişdi. Filmə baxanlar ölkədə quldarlığın ləğvi tarixi ilə maraqlanmış Misisipi Universitetinin professoru Racan Batra təşəkkür edir. Reallıq isə bundadır ki, 1865-ci ildə Birləşmiş Ştatlarda konstitusiyaya düzəlişlə əlaqədar səsvermə sənədinin surətini Federal reyestrə göndərmək yaddan çıxdığından rəsmi qanunauyğunluq pozulubmuş və beləcə quldarlıq düz 2013-cü ilədək qanunla hökm sürmüşdü.

Keçək bilavasitə mətləbə. Yəni, dünyanın bir çox ölkələrinin vətəndaşlarının yerinə yetirməyə borclu olduqları 15 qanuna.

1. Rusiyada çirkli maşına görə cərimə. Əslində cərimə çirkli maşına deyil, nömrə nişanını çirkli saxlanılması səbəbindən tətbiq edilir - 100 rubl. Ancaq əsas olan heç də bu deyil. Başlıca məqam bu qanunun şüura yeriməsidir. Çünki keçirilmiş sorğuların nəticələri göstərir ki, rəyi soruşulanların 50 faizi avtomobilin çirkliliyi dedikdə onun nömrə nişanının təmiz olmamasını nəzərdə tutur. Yalnız 9 faizin fikrincə, maşın içərisindəki sürücü görünmədiyi təqdirdə çirkli sayıla bilər.

2. Kanadada 1985-ci ildən 25 dollardan yuxarı olan əşyaların alınmasını 1 dollarlarla həyata keçirmək qadağandır. Yəni, tutalım 30 dollarlıq köynəyi əldə etmək üçün 30 dənə bir dollar ödəmək olmaz. Ən azından satıcılar belə ticarətdən imtina edə bilərlər.

3. İtaliya. Venesiyada göyərçinləri yemləmək rəsmi şəkildə qadağandır. Bu yasaq binaların tarixi görkəmini saxlamaq məqsədi daşıyır. Nəzərə alınır ki, yedizdirilən göyərçinin binaların üstünə nəcis ifraz edəcəklər. Deməli, kimsə çaşıb Venesiyada çöl quşunu yemləsə, 600 dollarından keçməlidir. Ən qəribəsi isə budur ki, zərər verən şəxs haqq-hesabı yerindəcə çürütmək istəsə, məbləğ 60 dollara enir. Əlbəttə, polis turistlərə qarşı bu cəza tədbirindən istifadə etmir. Məsələdən xəbərsiz yerlilər isə demək olar, yoxdur.

4. İsrail. Bu ölkədə həftənin şənbə günləri asqırmaq olmaz. Hayfa şəhərində isə niyəsə çimərliklərə ayı gətirmək yasağı keçərlidir. Deməli, bu işi tutan "ağıllılar" nə vaxtsa olub…

5. ABŞ-ın Kaliforniya ştatı. Buradakı qanuna görə, ev heyvanlarını məktəblərdən, kilsələrdən və kafelərdən 500 metr aralıda gəzdirmək lazımdır. Ştatdakı ən əndərəbadi qanun sürücüsüz hərəkət edən avtomobillərlə əlaqədardır. Sən demə, belə avtomobillər üçün sürət həddi saatda 25 kilometri aşmamalıdır. Kaliforniyada eyni zamanda heç olmasa, iki inəyi olmayan adama "kovboy" çəkməsi geymək qadağandır.

6. Böyük Britaniya. Ölkənin York şəhərində bazar günlərindən başqa hər gün yay-oxla şotlandları vurmaq icazəsi qüvvədədir. Çester şəhərində isə gecədən sonra valliyalıları oxla nişan almağa icazə var.

7. Papua-Yeni Qvineya. Bu ölkənin Madanq bölgəsində qədim tarixə malik qanun hələ də qüvvədədir. Qanuna görə, həyat yoldaşları xəyanət edərsə, kişilər onların sevgililərinin başını kəsə bilərlər. Bu azmış kimi başı kəsiləsi adam qeyri-qanuni cinsi əlaqədə olduğu qadının barmaqlarından birini yeməlidir. Qanun sonuncu dəfə 1950-ci ildə tətbiq edilib.

8. Böyük Britaniya. Buradakı daha bir qanuna görə, əgər vətəndaş monarxın şəklini zərfin üstünə tərsinə vursa, dövləti cinayətdə təqsirli bilinə bilər.

9. Paraqvay. Ölkədə duellər qadağan edilsə də, bir istisna var. Özünün daxili orqanlarını səhiyyə müəssisələrinə vəsiyyət edənlər duelə çıxa bilərlər.

10. ABŞ-ın Texas ştatı. Burada ayaqyalın olan şəxs gərək pivəni üç qurtumla içsin. Daha bir axmaq qanuna görə, cinayətkar öldürəcəyi adama onu qətlə yetirməzdən 24 saat əvvəl xəbər verməlidir. Belə bir xəbərdarlıq yoxdursa, məhkəmədə işlər daha da çətinləşir.

11. Astraliya. Ölkənin qanunvericiliyinə görə, ömürlük həbs müddəti 25 ili keçməməlidir. Viktoriya ştatında bazar günləri şər qarışandan sonra qırmızı şalvar geymək olmaz.

12. Böyük Britaniya. Londonda özünü Çelsidən olan təqaüdçü kimi göstərmək qadağandır. Burada həmçinin axşam saat 9-dan sonra kişilər öz həyat yoldaşlarını tək buraxmamalıdırlar. Nəzərə alınır ki, ikincilərin qışqırıqları şəhərin digər sakinlərinə maneçilik törədə bilər.

13. ABŞ-ın İndiana ştatı. Ştatda kişilər üçün öpüşməyə əngəl yarada biləcək bığların saxlanılması yasaq sayılır. Ştatda həmçinin quşların və dovşanların rənglənməsinə də qadağa qoyulub. İndianada daha bir qəribə cəhət riyaziyyatdan bildiyimiz «Pİ»nin 3,14-ə deyil, 4-ə bərabər olmasıdır.

14. Böyük Britaniya. 2006-cı ildə ölkədə vergidən yayınmanın qarşısını almaq üçün kodeks qəbul olunub. Bu sənədə görə, ingilislərə vergi müfəttişinə ondan gizlədilən barədə məlumat vermək qadağandır. Ancaq hər bir vətəndaş sirr edilməyən məsələlər barədə məlumat verməyə borcludur.

15. Böyük Britaniya. İngiltərə parlamentində ölmək qadağandır. Belə hesab edilir ki, parlamentin binası kral sarayıdır. Əgər kimsə təsadüfən orada ölürsə, o, dövlət səviyyəsində dəfn edilməlidir. Buna görə də mühafizəçilər görsələr ki, parlamentin binasının qarşısında vəziyyəti pisləşən var, onu tezliklə həmin yerdən uzaqlaşdırırlar.

Baki-Baku.az




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Maraqlı