USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İllərdir 12 kiloqramlıq şişlə yaşayırmış, elə bilirmiş "pivə qarnı"dır (MARAQLI)


https://img.baki-baku.az/news/2020/12/photo_1962.jpg

Rusiyada həkimlər 64 yaşlı kişidən 30 santimetr böyüklüyü, 12 kiloqram çəkisi olan şişi götürüblər. Məlum olub ki, xəstə neçə illərdir şişi "pivə qarnı" hesab edirmiş. "Baki-Baku.az" xəbər verir ki, hadisə Moskvanın Vinaqradova şəhər xəstəxanasında baş verib. Bununla bağlı məlumatı isə yerli səhiyyə departamenti yayıb.

Məlumatda bildirilir ki, 64 yaşlı kişi (adı açıqlanmır) xəstəxanaya aşağı ətrafın ağrılarından şikayətçi kimi daxil olub. Həkimlər onun qarnının assimmetrik olduğunu görüblər. Xəstənin pivəyə sevgisi o qədər imiş ki, uzun illərdir bu vəziyyətin pivəni çox içməsi ilə bağlı olduğunu düşünürmüş. 

Komputer tomoqrafiyasından sonra həkimlər görüblər ki, kişidə sol böyrəkdə şiş var. Şişi götürəndən sonra məlum olub ki, onun çəkisi 12 kiloqram imiş. Bədxassəli şişin həddən artıq böyük olmasına baxmayaraq, xəstəyə kimya terapeya lazım olmayıb. Çünki şiş digər orqanlara maneçilik törətməyib və ən qəribəsi metastaz da verməyib. Cərrahiyyə əməliyyatından 4 gün sonra xəstə evə göndərilib. Həyatı üçün heç bir təhlükə yoxdur. Həkimlər kişiyə bir müddət pivə içməməyi məsləhət görüblər. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı