USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağdamın simvolu - çay evi: ideyası və yaranma tarixi


https://img.baki-baku.az/news/2020/11/photo_1803.jpg

Ağdamın simvollarından biri olan Çay Evinin tikilməsi məşhur ağdamlı ziyalı, alim Xudu Məmmədovun ideyasıdır

“Çay evi” nin yaranmasının maraqlı tarixçəsi var. Günlərin birində üzərində Çin Xalq Respublikasının görüntüsü olan bir jurnal Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O, bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini dostundan xahiş edir. Şəkil Sadıq müəllimin də xoşuna gəlir. Xahiş öz həllini çox gözlətmir. Sadıq müəllim rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi Rəşid müəllimə həvalə edir. Rəşid Məmmədov həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Həm də tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir.

Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin profili də müəyyən edilmişdi. Obyekt “Çay evi” kimi fəaliyyət göstərəcəkdi. “Çay evi”nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi görür.

26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur.

"Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. "Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi.

"Çay evi"nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. "Çay evi"nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi. "Çay evi"nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.

1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi. Açılışa rayon rəsmiləri ilə yanaşı Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib. "Çay evi"nin açılışı münasibətilə "Lenin yolu" qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilir:

"Sov.İKP-nin "Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında" məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən "Çay evi"nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində "Çay evi"nin rolu əvəzsizdir".

Ağdam çay evi 1993-cü ildə erməni işğalından sonra dağıdılır. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı