USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Obamanın yeni kitabından: Rusiya fövqəlgüc deyil və niyə ola bilməz? (MARAQLI)


https://img.baki-baku.az/news/2020/11/photo_1768.jpg?v=MjAyMC0xMS0xNyAxOToyNDo1OA==

ABŞ-ın sabiq prezidenti Barak Obama "Arzulanan yer" adlı yeni çapdan çıxmış kitabında yazıb ki, Rusiyanın fövqəlgüc olmaq yolundakı başlıca maneəsi lazımi sayda müttəfiqinin və hərbi bazasının olmaması ilə bağlıdır. 

Birləşmiş Ştatların 44-cü prezidenti Rusiyanın fövqəlgüc olmadığını əsaslandırır və vurğulayır ki, ölkə nüvə arsenalı baxımdan ABŞ-a uduzur, onun geniş alyansı və bazaları yoxdur, üstəlik neft-qaz, mineral və silah ixracından asılı iqtisadiyyatı İtaliya, Kanada və Braziliyaya uduzur. 

B.Obama həmçinin müxtəlif statistik məlumatlara əsaslanaraq Rusiyada korrupsiyanın yüksək səviyyəsinə, sosial bərabərsizliyə və ölkənin kişi əhalisinin ömrünün azlığına diqqət çəkib. O, həmçinin bildirib ki, Moskva Vaşinqtondan qəzəblidir. Bu isə ABŞ-ın təşəbbüsü ilə Rusiyanın BMT Təhlükəsizlik Şurasında qaldırdığı məsələlərə veto qoyulması, eyni zamanda Birləşmiş Ştatların keçmiş sovet ölkələrinə göstərdiyi dəstəklə əlaqədardır. Bu dəstək isə ikinciləri Kremlin orbitindən çıxarıb. 

Qeyd edək ki, Obamanın kitabının ilk tomu 768 səhifədən ibarətdir və 25 dildə işıq üzü görüb. Kitabın nəşrini həyata keçirən "Penguin Random House" nəşriyyatı hələ 2017-ci ildə Birləşmiş Ştatların 44-cü prezidentinin memuarlarını dərc etmək hüququnu əldə etmişdi.

Obamanın kitabının adı da maraq doğurur. Rus dilində "Земля Обетованная", ingilicə "A Promised Land" ifadə baxımdan yahudiliklə bağlıdır. Bu ad ilk dəfə Bibliyada çəkilir. Arzulanan yer Fələstin ərazisidir və Allah yəhudiləri əsarətdə olduqları Misirdən ora gətirib və Musa Peyğəmbərə deyib ki, bu, bal və südün axdığı gözəl yerdir. 

Onu da bildiririk ki, Barak Obamanın indiyədək yüksək populyarlıq qazanmış "Atamın arzuları" (1995) və "Ümüdün cəsarəti" (2006) işıq üzü görüb.

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı