USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu ilin son Günəş tutulması başlayıb


https://img.baki-baku.az/news/2024/10/photo_14973.jpg

Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Günəş tutulması Bakı vaxtı ilə saat 19:42-də başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Maraqlı