USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvana atılmış raket və Qars müqaviləsinin pozulması tarixi


https://img.baki-baku.az/news/2020/10/photo_1438.jpg

Bu gün Azərbaycanın işğal altında olan Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atəşi açılıb. Əlbəttə, müharibə gedir. Azərbaycan öz torpaqlarını işğaldan azad edir. İstər-istəməz hər kəs prosesin sırf Qarabağ müstəvisinə köklənib.

Bütün bunlara baxmayaraq Naxçıvana raket atılması hər bir azərbaycanlının yadına 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsini saldı. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyənin üç Cənubi Qafqaz respublikası ilə imzaladığı bu müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Sənədin bir çox şərtləri var. Ən başlıca məqam isə bu idi ki, Qars müqaviləsi Naxçıvanın hüquqi statusunu müəyyənləşdirir və təhlükəsizliyini təmin edirdi.

Məlum olduğu kimi, həmin vaxtadək ermənilər Naxçıvana basqınlar edir, qırğınlar törədir və hər vasitə ilə bölgəni ələ keçirməyə cəhd göstərirdilər. Müddətsiz bağlanan və günümüzdə də qüvvəsini saxlayan Qars müqaviləsi Naxçıvanın Azərbaycan tərkibində qalmasını təsdiqləməklə yanaşı, bir digər halda əraziyə Türkiyə üçün də hüquqlar verirdi. Yəni Naxçıvan Azərbaycanın olmadığı halda, Türkiyənindir.

Gəlin, diqqət yetirək, Qars müqaviləsinə həmişə riayət edilibmi? Cavab birmənalıdır - xeyr. Hətta II Dünya Müharibəsindən sonra SSRİ müqavilənin ləğvinə də çalışıb. Lakin müəyyən beynəlxalq təpkilər səbəbindən buna nail ola bilməyib. Müqaviləyə riayət edilməməsinə gəlincə, burada sırf Naxçıvanla bağlı bir sıra məqamlar vurğulanmalıdır. 

Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərdi və Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verildi. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verildi. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirildi. Ötən əsrin 90-cı illərində isə  erməni silahlı qüvvələri Kərki kəndini işğal etdilər.

Belə nəticəyə gəlmək olar ki, Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu isə o deməkdir ki, hazırkı Ermənistan ərazisinin Naxçıvanı Azərbaycandan ayıran hissəsi faktiki olaraq Qars müqaviləsinin müddəalarının pozulmasının nəticəsidir. 

"Baki-Baku.az"




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Maraqlı