USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Teççer ABŞ-ı nə üçün ikiüzlülükdə qınayıbmış? MƏXFİ


https://img.baki-baku.az/news/2020/09/photo_1028.jpg

Böyük Britaniyada məxfilik müddətinin aradan qalxması ilə əlaqədar olaraq 1979-1990-cı illərdə ölkənin baş naziri postunu tutmuş Marqaret Teççerin hakimiyyətinə dair materiallar açıqlanıb. Müxtəlif işçi heyətlərin məruzələri əsasında ortaya çıxmış sənədlər əsasən Folklend böhranından və İngiltərənin SSRİ-yə qarşı münasibətindən bəhs edir.

Məlum olur ki, Argentinanın ötən əsrin 80-ci illərinin əvvəllərində Folklend adasına qoşun yeritməsi Teççer üçün çox gözlənilməz olub. Baş nazir bu xəbəri həyatının ən pis anı sayıb. Böhran zamanı Argentinanı Britaniya ilə barışdırmaq xətti yürüdən ABŞ eyni zamanda ingilisləri kəşfiyyat məlumatları ilə də təchiz edib.

Materialların əhəmiyyətli hissəsi Britaniyanın SSRİ-yə qarşı münasibətindən bəhs edir. Aşkara çıxarılıb ki, M.Teççer Polşadakı repressiyalara cavab olaraq SSRİ-yə qarşı sanksiyalar tətbiq etməsi səbəbindən ABŞ prezidenti Ronald Reyqanı tənqid edib. Baş nazir Vaşinqtonu ikiüzlülükdə qınayıb. Məsələ isə ondan ibarət olub ki, Birləşmiş Ştatlar üçün vacib əhəmiyyət daşımış Sovet İttifaqından buğda idxalı məsələsi sanksiyada hər hansı formada əksini tapmayıb. SSRİ-nin strateji məhsullarının və texnologiyalarının alınmasına qadağa isə britaniyalıların bir çoxunun işsiz qalmasına gətirib.

Ümumən materiallarda həmin illərdə Sovet-Britaniya münasibətlərinin həddən artıq gərgin məcrası göstərilir. Gərginliyi aradan qaldırmaq üçün 1981-ci ildə İngiltərənin xarici işlər naziri Kerrinqton Teççerdən SSRİ rəhbəri Brejnyevi 75 illik yubileyilə əlaqədar formal da olsa, təbrik etməsini istəyib. Lakin «dəmir ledi»nin cavab müsbət olmayıb: «Bəs, Əfqanıstan? Mən qəti şəkildə təbrik göndərilməsinin əleyhinəyəm».

Materiallarda ən diqqətçəkən məqam SSRİ-yə məxsus sərnişin təyyarələrinin Britaniya ərazisində kəşfiyyat işləri aparması ilə bağlıdır. İngiltərənin müdafiə naziri Con Nottanın məruzəsinə inansaq, 1981-ci ilin dekabrında «Aeroflot»a məxsus sərnişin təyyarəsi gözlənilmədən 10 min metr yüksəklikdən 3 min metr yüksəkliyədək enib. Ən maraqlısı isə hadisə Britaniya hərbi hava qüvvələrinin bazası üzərində qeydə alınıb. Təyyarənin ekipajı nəinki enişlə bağlı məlumat verib, hətta bir müddətliyə radiolokatorun da fəaliyyətini dayandırıb.

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı