USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

RGEM: Qızılca peyvəndindən kənarda qalan uşaqların siyahısı hazırlanır, onlar peyvəndə cəlb olunurlar


https://img.baki-baku.az/news/2023/11/photo_9912.jpg

Qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısı hazırlanaraq, onların peyvəndə cəlb olunması davam edir.

Bunu  Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər. Qeyd olunub ki, qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur.

Uşaqların qızılca peyvəndindən kənarda qalmasının səbəbinə gəldikdə mərkəzdən bildiriblər ki, uşaqların qızılca peyvəndindən kənarda qalması və yoluxma hallarının artması əsasən valideynlər tərəfindən vaksinlərə inamın olmaması, əsassız imtina hallarının olması, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s. ilə izah olunur.

Mərkəzdən, həmçinin bildiriblər ki, belə halların qarşısını almaq məqsədilə valideynlər arasında peyvəndlərin vacibliyi haqqında maarifləndirmə işləri davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səhiyyə