USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək


https://img.baki-baku.az/news/2023/09/photo_8322.jpg

Noyabrın 18-də Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə baş tutan forum “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdiriləcək.

Bu münasibətlə forumun Təşkilat Komitəsi soydaşlarımızı https://ga-symposium.com saytında qeydiyyatdan keçməyə dəvət edib.

Təşkilat Komitəsinin müraciətdə bildirilib ki, payızda keçiriləcək forum müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd edildiyi dövrə təsadüf edir. Forumun uzun illər Almaniyanın tibb ocaqlarında çalışan, müəyyən nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimləri və bu yola başlayan gənc tibb işçilərini bir araya gətirmək, onlar arasında Almaniyada nümunəvi şəbəkələşməni yaratmaq və elmi-praktik mübadilə aparmaq baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Xatırladaq ki, Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci ilin mart ayında Köln şəhərində keçirilib. Həmin tədbirdə Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak edib.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səhiyyə