USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səhiyyə Nazirliyi bu ilin sonunadək elektron resept sisteminə keçəcək


https://img.baki-baku.az/news/2023/09/photo_8148.jpg?v=MjAyMy0wOS0xMSAxMjozNTozNw==

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb.

Xəbəri səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov verib. O qeyd edib ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək. Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq.

"Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq", - deyə müşavir bildirib.




Redaktorun seçimi

Rəqabət artdıqca inhisarçılıq zəifləyir
  • İqtisadiyyat
  • 09:45 24.09.2023
Rəqabət artdıqca inhisarçılıq zəifləyir
Ermənistan Rusiya silahlarından imtina edib
  • Siyasi təhlil
  • 09:10 24.09.2023
Ermənistan Rusiya silahlarından imtina edib
Şəhidlərə ehtiram, yoxsa...
  • Daxili siyasət
  • 09:00 24.09.2023
Şəhidlərə ehtiram, yoxsa...

Səhiyyə