USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Koronavirusun yeni alt növü daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir


https://img.baki-baku.az/news/2023/08/photo_7830.jpg

Omikronun yeni alt növü EG.5 əvvəlki digər alt növlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir. Yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni-yeni alt növlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə, bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. “Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir. Bu prosesi izləsək görərik ki, məhz hər bir zaman yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır. Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir. İstənilən halda epidemioloji proses diqqətlə izlənməlidir. Azərbaycanda EG.5 alt tipinin olması barədə rəsmi məlumat yoxdur. Beləliklə, koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olarsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir. Hələ ki, ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olarsa, xüsusən də payız-qışa mövsümündə, nəinki koronovirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronovirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izləməkdədir və bütün mümkün qabaqlayıcı tədbirlər görülməkdədir. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”,- deyə mütəxəssis bildirib.




Redaktorun seçimi

Silah sazişi, yoxsa regional təxribat motivi?
  • Daxili siyasət
  • 12:23 27.07.2024
Silah sazişi, yoxsa regional təxribat motivi?
Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi

Səhiyyə