USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ÜST ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvardır

COVID-19 virusu səbəbindən ölənlərin sayı 95 faiz azalıb


https://img.baki-baku.az/news/2023/04/photo_7415.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən bəri koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığı barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi və ölümə bais olmasının davam etdiyini vurğulayıb.

“Biz COVID-19 virusu nəticəsində qeydə alınan ölüm hallarının getdikcə azalmasından çox fərəhlənirik. Lakin “XBB.1.16” yeni variantın əmələ gəlməsi göstərir ki, virus hələ də dəyişilir və hələ də yeni xəstəlik və ölüm dalğaları yaratmağa qadirdir”, - deyə Tedros Adhanom Qebreyesus qeyd edib.

ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib. “Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir”, - deyə təşkilatın baş direktoru bildirib.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səhiyyə