USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq - maskalarınızı bərkidin


https://img.baki-baku.az/news/2022/07/photo_7245.jpg

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bəzi Avropa ölkələrində “omikron”un yeni alt növünün müəyyən edilməsinə münasibət bildirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, o deyib ki, Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVID-19 “omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar.

BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır:

“Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır.

Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. “Omikron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur.

Koronavirusun “delta” və “omikron” ştamlarını müqayisəsi onu göstər ki, “delta”da ölüm nisbəti daha yüksəkdir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti deyib ki, 2019-cu ilin sonundan başlayaraq bütün dünyada tüğyan edən COVID-19 pandemiyası hələ də davam edir. Son vaxtlar yoluxma sayında müşahidə olunan artım Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) belə bir açıqlama verməyə məcbur etdi ki, koronavirus pandemiyası davam edir və virusun yeni mutasiyaları aşkarlanır. Hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artım müşahidə olunur.

Azərbaycanda müşahidə olunan yoluxma halları ilə bağlı danışan ekspert vurğulayıb ki, ölkəmizdə ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edilir:

“Bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam. Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm”.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səhiyyə