USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycana meymunçiçəyini müıyyın edən testlər gətiriləcək


https://img.baki-baku.az/news/2022/06/photo_7152.jpg

"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".

APA xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:

"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".
Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".




Redaktorun seçimi

Haylara qucaq açanların “səlib demarşı”
  • Siyasi təhlil
  • 09:20 01.12.2023
Haylara qucaq açanların “səlib demarşı”
Ermənistanın Aİİ-yə sədrlik oyunu
  • Daxili siyasət
  • 09:41 30.11.2023
Ermənistanın Aİİ-yə sədrlik oyunu
Ermənistan prezidentinin “Ostap Benderliyi”
  • Siyasi təhlil
  • 10:12 29.11.2023
Ermənistan prezidentinin “Ostap Benderliyi”

Səhiyyə