USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb


https://img.baki-baku.az/news/2022/05/photo_7045.jpg

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir.

Bildirilib ki, meymun çiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.

Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Səhiyyə