- Daxili siyasət
- 17:54 23.09.2023
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 644 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 511 800, ölənlərin sayı isə 15 729 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 324 172 nəfərin sağaldığı bildirilib.