USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb


https://img.baki-baku.az/news/2022/02/photo_6245.jpg

“Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva bildirib. Onun sözlərinə görə, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur:

“Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır. Dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqanlar və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir”.

Mütəxəssislər bildirib ki, artıq iki ildir ki, bütün ölkələr koronavirus pandemiyası ilə mübarizə aparır:

“İlk ili bu problemin həllini peyvənd olmadığına görə həll etmək daha çətin idi. Eyni zamanda, ağırlaşmış formaların və ölüm hallarının azalmasını da əldə etmək çox çətin idi. Bir ildən çoxdur ki, artıq vaksinasıya başlayıb. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb. Statistik olaraq, hər 3-4 aydan bir COVİD-19-un yeni ştammları aşkarlanır. Təbii ki, bütün sağlam insarlar kimi, şəkərli diabet xəstələri də yeni ştammlara yoluxur. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmir. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər”.

Həkim qeyd edib ki, şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər:

“İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox. COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək”.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Səhiyyə